Baş xəbər

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Qeyd edək ki, bu gün gecə saatlarında İrandan buraxılan ballistik raket Türkiyənin hava məkanına daxil olub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, ölkə ərazisinə və hava məkanına yönələn hər növ təhdidə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması məqsədilə müvafiq ölkə ilə rəsmi diplomatik və hərbi danışıqların aparıldığı bildirilib.

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb. MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.

"The Atlantic" jurnalında dərc olunan hesabatda qeyd olunur ki, İrana qarşı müharibənin ilk günlərində İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın evinin yaxınlığındakı əraziyə endirilən zərbə, hakimiyyətdən getməsindən on ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də ziddiyyətli olan bu siyasi fiqura diqqəti yenidən yönəldib.

2026-ci ilin fevral ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 757 min 849 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 255 min 228 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 602 min 621 nəfər təşkil edib.

İslam yaddaşında Ramazan ayının 23-ü mühüm dönüş nöqtələrindən biri hesab olunur. Bu tarixdə Hicazda mütəşəkkil bütpərəstliyin son rəmzləri devrilib, Qədim Şərqin ən böyük imperiyalarından birinin kitabı bağlanıb. Eyni zamanda, bu tarix əsrlər boyu İslam dünyasının simasını formalaşdıran dövlətlərin doğuşuna və paytaxtların təməlinin qoyulmasına şahidlik edib.