Baş xəbər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsində Vaşinqtonun çağırışlarına soyuq yanaşan müttəfiqlərini sərt şəkildə tənqid edib. O, həmçinin Çinə planlaşdırılan rəsmi səfərini təxirə saldığını və İranla müharibəni cəmi bir həftəyə yekunlaşdıra biləcəyini bəyan edib.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 11 milyon 491 min 91 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qazaxıstana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyon 564 min 59 dollara çatdırıb.

Suriya paytaxtı Dəməşq bu il yazın gəlişini və Novruz bayramını (21 mart) rəsmi və xalq səviyyəsində qeyd etməyə hazırlaşır. Uzun onilliklərdən sonra ilk dəfə olaraq paytaxtın mərkəzi meydanlarında rəsmi statusla keçiriləcək bu tədbirlər Suriyanın müasir tarixində mühüm dönüş nöqtəsi hesab olunur.

Almaniya Kansleri Fridrix Mers ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların NATO ilə heç bir əlaqəsinin olmadığını və Almaniyanın bu müharibədə iştirak etməyəcəyini bəyan edib. Fridrix Mers vurğulayıb ki, ABŞ və İsrail bu müharibəyə başlamazdan əvvəl müttəfiqlərlə məsləhətləşmələr aparmayıblar. "Bu müharibəyə müdaxilə ilə bağlı heç vaxt birgə qərar qəbul edilməyib. Buna görə də Almaniyanın hərbi töhfəsi məsələsi gündəmdə deyil və biz bunu etməyəcəyik", - deyə kansler ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açmaq üçün etdiyi çağırışlara rədd cavabı verib. Mers həmçinin Almaniyanın boğaza hərbi gəmilər göndərməyəcəyini kəskin şəkildə ifadə edib.

Trampın sözlərinə görə, ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi əməliyyatlar zamanı İrana məxsus 100-dən çox gəmini batırıb. O qeyd edib ki, boğazdakı İran hərbi gəmiləri ABŞ-ın birbaşa hədəfinə çevrilib və zərərsizləşdirilib. Bu açıqlama bölgədə davam edən hərbi əməliyyatların miqyasının nə dərəcədə böyük olduğunu bir daha nümayiş etdirir.

Avropanın aparıcı dövlətləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı əməliyyatlara dəstək çağırışına qarşı çıxaraq, genişmiqyaslı hərbi münaqişədə iştirak etməyəcəklərini bəyan ediblər. Böyük Britaniya, Almaniya və Yunanıstan rəsmiləri Trampın NATO ölkələrinə ünvanladığı təhdid dolu xəbərdarlıqlara kəskin reaksiya veriblər.

Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün Vaşinqtona dəstək verilməyəcəyi təqdirdə NATO-nun gələcəyinin təhlükə altına düşə biləcəyini bildirib. Donald Tramp martın 16-da “Financial Times” nəşrinə müsahibəsində bildirib ki, ABŞ müttəfiqləri Hörmüz boğazının açılması üçün kömək göstərməsələr, bu, NATO-nun gələcəyi üçün “çox pis” nəticələr yarada bilər. Onun sözlərinə görə, ABŞ Ukraynaya Rusiya ilə müharibədə yardım etdiyi kimi, Avropa ölkələri də Hörmüz boğazı məsələsində fəal dəstək verməlidir.

Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm. Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir. Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir. Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram

Avropa Birliyi (AB) Komisyonu 2026-cı il üçün Fələstin, Livan, Suriya, İordaniya və Misirdəki humanitar böhranların aradan qaldırılması məqsədilə təxminən 458 milyon avro məbləğində yardım paketini təsdiqlədiyini açıqlayıb. Komissiyanın yazılı bəyanatında bəzi böyük donorların regiondan çəkilməsi və beynəlxalq humanitar hüququn ciddi təzyiq altında olması fonunda bu dəstəyin kritik əhəmiyyət kəsb etdiyi vurğulanıb. Yardım paketinin ən böyük hissəsi — 210 milyon avro Suriyadakı təcili müdaxilə və mühafizə tədbirlərinə yönəldiləcək.