2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,3faiz artaraq, 22 milyon 149 min 21 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Misirə hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz artaraq, 11 milyon 902 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.
Baş xəbər
2003-cü il martın 19-da ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa hərbi müdaxiləsindən iki onillik keçməsinə baxmayaraq, müharibənin siyasi, təhlükəsizlik və humanitar nəticələri bu gün də İraq və bütövlükdə Yaxın Şərq üçün ciddi təsir mənbəyi olaraq qalır. Müharibə beynəlxalq sistemdə legitimlik, kəşfiyyatın rolu və müharibədən sonrakı idarəetmə modelləri baxımından ən mübahisəli nümunələrdən biri kimi qiymətləndirilir.
Martın 17-də İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanadalı həmkarı Anita Anand ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında regiondakı gərginliyin aradan qaldırılması üçün yeni diplomatik missiyaya başlayacağını elan edib. Nazir 18 mart tarixindən etibarən region ölkələrinə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanın sülh mesajlarını çatdıracaq.
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı. Bu barədə İTV-nin yayımladığı reportajda bildirilib. Sujetdə bildirilib ki, 2026-cı ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Vurğulanıb ki, bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışıb. Xarici ölkədə olan bu şəxs əlində olan görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edib.
Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın fərdi sərgisi açılıb. Açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzey fəaliyyət göstərdiyi bütün dövr ərzində daim rəssamlara dəstək olmağa çalışıb.
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İranla müharibədə Vaşinqton və Tel-Əvivə dəstək verməməsinə kəskin reaksiya verərək, artıq alyansın yardımına ehtiyac duymadıqlarını bəyan edib.Prezident NATO ölkələrinin əməliyyatda iştirakdan imtina etməsini "axmaqca bir səhv" adlandırıb. "Hər il bu ölkələri qorumaq üçün yüz milyardlarla dollar xərcləyirik, lakin ehtiyacımız olanda onlar bizim üçün heç nə etmirlər. NATO həmişə birtərəfli yol olub", - deyə Tramp bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ İran ordusunu və rəhbərliyini zəiflətməkdə böyük uğurlar əldə etdiyi üçün artıq nə NATO-nun, nə də Yaponiya, Avstraliya və ya Cənubi Koreyanın hərbi köməyinə ehtiyacı var.
ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent (Joe Kent) ölkəsinin İranla davam edən müharibəsinə etiraz olaraq vəzifəsindən istefa verdiyini elan edib. Keçmiş hərbçi olan və həyat yoldaşını İŞİD-lə mübarizədə itirən Co Kent Prezident Trampa ünvanladığı məktubda kəskin ittihamlarla çıxış edib. O bildirib ki, İran ABŞ üçün birbaşa təhlükə yaratmır və Vaşinqton "İsrailin və güclü Amerika lobbisinin təzyiqi ilə" bu müharibəyə sürüklənib. Kentin sözlərinə görə, yüksək rütbəli İsrail rəsmiləri və Amerika mediası dezinformasiya kampaniyası apararaq Trampın "Öncə Amerika" platformasını sarsıdıblar.
Müzakirələrin əsas mövzusu ABŞ-İsrail və İran arasındakı müharibənin region ölkələrinə və beynəlxalq nizama yaratdığı risklər olub. Hakan Fidan müharibənin uzanmasının fəlakətli nəticələrə yol aça biləcəyini diqqətə çatdıraraq, tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırıb. Eyni zamanda, nazirlər Ukrayna-Rusiya müharibəsinin mövcud vəziyyətini də nəzərdən keçiriblər. Fidan rəsmi Ankaranın Moskva və Kiyev arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.
Humanitar yardımın təqdimetmə mərasimində İranın Dərgəz şəhərinin meri Müctəba Bəzmara, Xorasan-Rəzəvi vilayətində Xarici İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, nazir müşaviri Əli Məsumifər və İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbəhani iştirak ediblər.