Baş xəbər

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib. MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.

Küveyt Mülki Aviasiya Qurumundan verilən rəsmi bəyanata görə, ölkənin əsas hava qapısı olan Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Hücum nəticəsində hava limanının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən infrastruktur zərər görüb. Bəyanatda vurğulanır ki, partlayışlar nəticəsində hava limanındakı radar sistemlərinə ciddi zərər dəyib. Bu zədələnmənin uçuşların təhlükəsizliyinə və naviqasiya xidmətlərinə necə təsir edəcəyi barədə texniki araşdırmalar aparılır. Hazırda hava limanında uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı rəsmi qərar gözlənilir.

Hindistanın Baş naziri Narendra Modinin fevral ayının sonunda, İsrail və ABŞ-ın İrana qarşı birgə hava hücumlarından cəmi üç gün əvvəl İsrail Knessetində çıxış edən sonuncu beynəlxalq lider olması təsadüfi bir detal deyil. Xatırladaq ki, həmin hücumların ilk günündə Ali rəhbər Əli Xamenei və bir qrup yüksək rütbəli hərbi-təhlükəsizlik rəhbəri hədəf alınmışdı.

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrın kollektivinə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilib: Əziz dostlar. Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda fəaliyyət göstərən Rus Dram Teatrına göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. O, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Türkmənistana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 20 milyon 636 min 90 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Türkmənistana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 9 milyon 795 min 5 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib. Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.

2026-cı ilin əvvəllərində Ərəb körfəzinin səmasını işıqlandıran hərbi parıltılar sadəcə taktiki zərbələr deyil, eyni zamanda struktur maliyyə transformasiyasının erkən xəbərdarlıq siqnallarıdır. Ağ Ev "Epik Qəzəb" (Epic Fury) əməliyyatını zəruri təhlükəsizlik müdaxiləsi kimi qələmə verməyə çalışsa da, tənqidi analitik qeydlər göstərir ki, baş verənlər "petrodollar müharibəsi" nəzəriyyəsinin ən son fəslidir. Artıq əlli ildən çoxdur ki, ABŞ dollarının qlobal hegemonluğu yazılmamış tək bir qaydaya söykənir: neft dollarla ticarət edilməlidir. Bu gün bir çox ölkənin enerji axını ilə ABŞ valyutası arasındakı tarixi bağlılığı qırmaq cəhdləri fonunda bu qayda özünün ən sərt sınağı ilə üz-üzədir.