#Heydər Əliyev Beynəlxalq Aeroportu

Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq. Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.

Mükafat martın 18-də Böyük Britaniyanın London şəhərində, "Passenger Terminal Expo World" (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub. "World Airport Awards" aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır. Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır. Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb. Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.