Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türk Dövlətləri Təşkilatı Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

    8 Dekabr 2023 15:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Dövlətləri Təşkilatı Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.

    AzerPress xəbər verir ki, bu barədə məlumat TDT-nin saytında dərc olunub.

    "Türk Dövlətləri Təşkilatının Baş Katibi 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfindən iki ölkə arasında siyasi dialoq və etimad qurucu tədbirlər mövzusunda əldə olunan razılığa dair dərc olunan birgə bəyanatı alqışlayır.

    Birgə bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır. Bu bəyanat iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülh sazişinin əldə edilməsini hədəfləyən birbaşa dialoq yolu ilə münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin aydın təzahürüdür", - məlumatda deyilir.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

    Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

    Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

    Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

    Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

    Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

    #Azərbaycan #Ermənistan #Türk Dövlətləri Təşkilatı (TDT)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    11 İyun 2026 22:51

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    11 İyun 2026 14:14

    Zakir Həsənov Pakistana başsağlığı verib

    11 İyun 2026 09:20

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 12 İyun

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    Tramp: İran rəhbərliyi ilə yüksək səviyyədə danışıqlar nəticə verdi

    İranın “hamı üçün və ya heç kim üçün” mövqeyi nə deməkdir?

    ABŞ Mərkəzi komandanlığı: Hörmüz boğazı “nəqliyyat üçün açıqdır”

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    İşğal altındakı Qərb Sahəsində İsrail hücumları davam edir

    İsrail hücumları Livanın Sur rayonunda 6 nəfərin ölümünə səbəb olub

    Livanın cənubunda köçkünlər üçün kritik vəziyyət

    Həmas: Qahirə danışıqları “müsbət və konstruktiv” şəkildə davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.