Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Suriya XİN Aİ-nin ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi barədə qərarını alqışlayıb

    20 May 2025 21:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya XİN Aİ-nin ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi barədə qərarını alqışlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani, Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməsi qərarını alqışlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Şeybaninin verdiyi açıqlamada bildirilib.

    "Aİ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi ilə Suriya xalqı ilə birlikdə yeni tarixi uğura imza atdıq. Bu qələbəyə töhfə verən Aİ ölkələrinə və hər kəsə təşəkkür edirik. Bu qərar Suriyada təhlükəsizlik, sabitlik və rifahı artıracaq. Suriya xalqı parlaq bir gələcəyə layiqdir" - deyə, Şeybani qeyd edib.

    Qeyd edək ki, Avropa İttifaqı bugün Suriyaya qarşı sanksiyaların tamamilə ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

    Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas da bu məsələ ilə bağlı Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısından sonra açıqlama verib.

    "Bu gün Suriyaya qarşı tətbiq etdiyimiz iqtisadi sanksiyaları ləğv etmək barədə qərar qəbul etdik. Suriyaya, ölkənin yenidən qurulmasında kömək etmək istəyirik" - deyə, Kallas bildirib.

    Kallas həmçinin Aİ-nin Suriya xalqının yanında olmağa davam edəcəyini vurğulayıb.

    #Avropa İttifaqı (Aİ) #Suriya #sanksiya #Əsəd Həsən Şeybani #Suriya Xarici İşlər Nazirliyi #Kaya Kallas #Suriya sanksiyalarının ləğvi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.