Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İran və İsraili nə birləşdirir?

    14 May 2025 13:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran və İsraili nə birləşdirir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Rufiz Hafizoğlu

    Bu gün Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və Suriya keçid hökumətinin prezidenti Əhməd əş-Şəraa arasında baş tutan görüş Yaxın Şərqdə yeni geosiyasi cizgilərin çəkilməsinə səbəb olub. Regionun iki əzəli rəqibi – İran və İsrail – bu görüşdən eyni dərəcədə narahatlıq keçirirlər. Mövqeləri, ittifaqları və strateji məqsədləri bir-birindən fərqli olsa da, hər iki ölkəni bu narahatlıqda ortaq edən amil – Suriyada təsir imkanlarını itirmək qorxusudur.

    Tehran üçün geosiyasi sərhədlərin daralması

    İran, 2011-ci ildən bəri Suriyada Əsəd rejiminin əsas dayağı olub. Həm İnqilab Keşikçiləri Korpusu, həm də Hizbullah kimi vasitəçi qruplar vasitəsilə Dəməşqdəki təsirini sabit saxlamağa çalışıb. İranın strateji baxımdan Suriya üzərindəki nəzarəti, Livana və Aralıq dənizi sahillərinə çıxış, həmçinin İsrailə qarşı potensial cəbhə formalaşdırmaq baxımından həyati əhəmiyyət daşıyır.

    Lakin Tramp–Şəraa görüşü və bu kontekstdə ABŞ-ın sanksiyaları ləğv etmək istəyi, Tehranın Suriyadakı nüfuzunun beynəlxalq səviyyədə balanslaşdırılması təhlükəsini doğurur. Əgər Suriya yeni bir beynəlxalq kurs seçərsə – yəni ABŞ və ərəb ölkələri ilə yaxınlaşarsa – bu, İran üçün strateji uduzma demək olacaq.

    İran mediasında artıq bu istiqamətdə narahatlıq ifadə olunmağa başlanılıb. Məsələn, "Tasnim" və "Fars" kimi yarırəsmi agentliklər ABŞ-ın bu addımını “İslam dünyasının parçalanması cəhdi” kimi təqdim edir. Tehran, eyni zamanda, bu diplomatik açılımı Səudiyyə Ərəbistanının artan regional nüfuzunun göstəricisi kimi qəbul edir.

    Tel-Əvivin təhlükəsizlik narahatlığı

    Digər tərəfdən, İsrail üçün bu görüş tamamilə fərqli təhlükəsizlik dilemması yaradır. İsrail uzun müddətdir ki, Suriyanı İranın “strateji uzantısı” hesab edir. İsrail ordusunun dəfələrlə Suriyada İranın hərbi mövqelərinə hava zərbələri endirməsi də məhz bu təhlükə algısından qaynaqlanır.

    Trampın Suriyaya yönəlik sanksiyaları qaldırmaq istəyi və Dəməşqlə dialoqa girməsi İsrailin regiondakı sərbəst hərbi manevr imkanlarını məhdudlaşdıra bilər. Üstəlik, ABŞ-ın Suriya ilə münasibətləri normallaşdırması, İranın bölgədəki nüfuzunu zəiflətmək yerinə, yeni bir güc balansı yaratmaq təhlükəsi doğurur ki, bu da İsrailin mövcud təhlükəsizlik strategiyasını sual altına qoyur.

    İsrail KİV-ləri – xüsusilə “Haaretz” və “Jerusalem Post” – bu prosesin “sürətlə dəyişən regional siyasi oyunun bir hissəsi” olduğunu yazır və ABŞ-ın İsrailə əvvəlcədən xəbər vermədən belə bir diplomatik təşəbbüsə başlamasını “müttəfiqə qarşı soyuq davranış” kimi şərh edirlər.

    Birləşdirən narahatlıq: Suriyanın istiqamət dəyişikliyi

    Bütün bu fərqli baxışlara baxmayaraq, İran və İsrailin narahatlığını birləşdirən əsas məqam Suriyanın ABŞ və ərəb dünyası ilə yaxınlaşma ehtimalıdır. Bu, bir tərəfdən İranın strateji hegemonluğunu təhlükəyə atır, digər tərəfdən İsrailin İran əleyhinə qurduğu təhlükəsizlik arxitekturasını zəiflədir. Maraqlıdır ki, bu dəfə Tehran və Tel-Əviv eyni hadisəni – Trampın təşəbbüsünü – eyni dərəcədə təhdid kimi qiymətləndirirlər.

    Bu da göstərir ki, Yaxın Şərqdə kartlar yenidən qarışır və yeni geosiyasi balans formalaşır. Vaxtilə düşmən cəbhələrdə dayanan ölkələr, bəzən eyni təhlükəyə qarşı eyni hissləri yaşaya bilirlər – bu isə bölgədə diplomatik oyunun nə qədər mürəkkəbləşdiyini sübut edir.

    Yeni Yaxın Şərq: diplomatik çevriliş dövrü

    Tramp administrasiyasının bu addımı – yəni Suriya ilə normallaşma təşəbbüsü – həm də ABŞ-ın Yaxın Şərq siyasətində yeni yanaşmasının göstəricisidir. “ÖNCƏ AMERİKA” prinsipi ilə hərəkət edən Tramp üçün bu proses həm də regional sabitliyi iqtisadi və diplomatik dividendlərə çevirmək imkanıdır.

    Bu addımın davamında ABŞ-ın regionda yeni ittifaqlar qurması, ərəb ölkələri ilə münasibətləri dərinləşdirməsi və Suriya üzərindən İran təsirini balanslaşdırmağa çalışması istisna deyil. Əgər Tramp bu prosesi uğurla başa çatdırarsa, bu, onun Yaxın Şərqdə miras buraxacağı əsas siyasi uğurlardan biri ola bilər.

    #Rufiz Hafizoğlu #Suriya keçid hökuməti #İranın Suriya siyasəti #İsrailin Suriya strategiyası #Suriya sanksiyalarının ləğvi #ABŞ Suriya münasibətləri 2024 #Suriya ABŞ barışığı #Tramp Şəraa görüşü #Donald Trampın Yaxın Şərq siyasəti #Əhməd əş-Şəraa kimdir #İsrail Suriyada İran təhlükəsi #Tramp və Suriya razılaşması #Riyad diplomatik sammiti #Trampın Yaxın Şərq səfəri #İran və İsrailin ortaq narahatlığı #Yaxın Şərqdə geosiyasi balans #İranın müqavimət oxu strategiyası #ABŞ və Suriya arasında yeni səhifə #Tel-Əviv və Tehran narahatlığı #Suriyada təsir bölgələri #Səudiyyənin regional vasitəçiliyi #Tramp administrasiyası və ərəb liderləri #ABŞ-İran münasibətləri kontekstində Suriya #İsrailin milli təhlükəsizlik siyasəti #Suriya sanksiyalarının geosiyasi nəticələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    Qəzza müharibəsi İsrail cəmiyyətini parçalayan ilk hərbi qarşıdurmadır - Rufiz Hafizoğlu

    7 İyul 2026 14:29

    ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artır

    2 İyul 2026 17:55

    Dohadakı danışıqların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

    29 İyun 2026 21:30

    İsrailin qondarma “erməni soyqırımı” qərarı diplomatik gərginlik yaradacaq

    29 İyun 2026 20:01

    Tarixi faktlar bu iddiaları təsdiqləyirmi?

    29 İyun 2026 18:14

    İsrailin qondarma “soyqırımı” tanıması absurd qərardır

    29 İyun 2026 18:04

    İran həm ərəb ölkələrinə raket atır, həm də təhlükəsizlik tərəfdaşlığından danışır - Rufiz Hafizoğlu

    25 İyun 2026 13:53

    Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

    9 İyun 2026 17:57

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycanın balanslı siyasəti Yaxın Şərqdə sabitlik nümunəsi kimi qiymətləndirilir

    12 May 2026 22:31

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15
    XƏBƏR LENTİ

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.