Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir

    18 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sudaninin seçkilərə namizədliyi Malikinin gələcək liderlik planlarını alt-üst edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani çərşənbə günü növbəti parlament seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Bu addım onu, növbəti mərhələdə ölkənin lideri olmağa çalışan sabiq baş nazir Nuri əl-Maliki ilə qarşı-qarşıya qoya bilər.

    Sudaninin öz namizədliyini irəli sürməsi onun siyasi səhnədə qalmaq və Malikiyə qarşı dayanmaq istəyini ortaya qoyur. Maliki, görkəmli şiə liderlərinin olmaması, partiyalar arasında fikir ayrılıqları, eləcə də Sədrçi Hərəkatı və onun lideri Müqtəda əs-Sədrin seçkiləri boykot etməklə bağlı tərəddüdləri fonunda baş nazirliyə geri dönüş üçün açıq bir yol olduğunu düşünür.

    Malikini Sudanilə rəqabət aparmaqda mane olan əsas məsələ, hazırkı baş nazirin regional və beynəlxalq miqyasda qəbul görməsidir. Halbuki Maliki yalnız İranın dəstəyi ilə tanınır və onun əsas missiyası Tehranın maraqlarını qorumaq və İraqı öz gündəmlərinə bağlamaq olub. Lakin indi bu vəziyyət tamamilə dəyişib və bu da Sudaninin xeyrinə işləyir.

    İranın şiə milislərə silahı təhvil verib orduya inteqrasiya olunmaları üçün təzyiq göstərməsi, eyni zamanda Malikidən imtina edib Sudanini dəstəkləməsi ehtimalını artırır.

    ABŞ-la qarşıdurmadan yayınmaq istəyən İran, müvəqqəti də olsa Maliki kimi müttəfiqlərindən əl çəkə bilər. Belə bir şəraitdə Tehran, daha əlverişli və az təhlükəli namizəd olaraq Sudaninin hakimiyyətdə qalmasına üstünlük verə bilər.

    Müşahidəçilər qeyd edirlər ki, İranın “Haşdi Şaabi” çətiri altında fəaliyyət göstərən milislərə təzyiq göstərməsi – onların ləğv olunması, silahlarını təhvil verməsi və fərdi şəkildə orduya qoşulması tələbi – Malikidən imtina qərarını da izah edir. Maliki korrupsiya ilə assosiasiya olunan “yandırılmış bir kart”dır, halbuki Sudani böhranlı mərhələdə İranın işinə yaraya bilər.

    Sudaninin seçkilərə qatılması, onun İraqın regional qonşuları və beynəlxalq tərəfdaşları, xüsusən ABŞ ilə balanslaşdırılmış münasibətlər qurmaq niyyətində olduğunu göstərir. Bu isə onun lehinədir. Əksinə, Maliki daxildə – xüsusən Müqtəda əs-Sədrin hərəkatı ilə keçmişdə yaşadığı qarşıdurmalar, Ammar əl-Həkimin “Hikmə” axını ilə soyuq münasibətlər və kürdlər ilə sünnilər arasında etibar itkiləri səbəbilə rədd ediləcək.

    Maliki Sudaninin hakimiyyəti dövründə Koordinasiya Çərçivəsi daxilindən dəstək qazanmasından da narahatdır. Bu, onun bu qurumdakı əsas lider və növbəti mərhələnin əsas namizədi statusuna ciddi təhdiddir.

    Maliki həmçinin xaricdən – region ölkələrindən, o cümlədən Körfəz ölkələrindən də dəstək almayacaq. Onun hakimiyyətdə olması İraqda investisiyaların dayanması, iqtisadi yardımların azalması deməkdir. Üstəlik, həm Türkiyə, həm də ABŞ açıq şəkildə onun əleyhinədir.

    Sudani namizədliyini Süleymaniyyə şəhərində keçirilən 9-cu Forumda açıqlayaraq bildirdi: “Seçkilər İraqda islahat layihəsini dəstəkləmək üçün bir fürsətdir. Hər bir islahatın əsl dəyəri yoxsul və kənarda qalmış təbəqələrə çatmaq və onları yoxsulluqdan xilas etməkdir”.

    Təriqətçi və partiyapərəst ritorikadan uzaq bu çıxış, ənənəvi siyasi qüvvələrə alternativ axtaran İraq xalqı arasında geniş əks-səda doğurur.

    2025-ci il noyabrın 11-də keçirilməsi planlaşdırılan növbəti parlament seçkiləri üçün artıq erkən hazırlıqlar başlayıb. Sədrçi Hərəkatın iştirak etməyəcəyi ehtimalı fonunda yeni ittifaqlar formalaşacağı gözlənilir. Bu isə digər siyasi qüvvələrə meydanı genişləndirir.

    Proqnozlara görə, Sədrçi Hərəkat tərəfdarlarının əksəriyyəti Sudaninin ittifaqına və ya yeni siyasi qüvvələrə səs verəcək. Bu isə Malikin rəhbərlik etdiyi “Qanun Dövləti” koalisiyasının parlamentdəki mövqeyini zəiflədə, hətta hazırkı yer sayını belə itirməsinə səbəb ola bilər.

    Bu çətinliklərə baxmayaraq, Sudani özünü “sabit idarəetmə” seçimi kimi təqdim etməyə çalışır. O, hökumətinin nailiyyətlərinə və reallıqla arzular arasında tarazlıq saxlayan ritorikasına güvənir.

    “İraq XXI əsrin ikinci rübünə qədəm qoyur və ölkənin hər bir guşəsində bənzərsiz uğur hekayələri yazılır”-deyə, Sudani özünü mədh edib.

    O, şəhərlərdə fasiləsiz infrastruktur və xidmət layihələrinin aparıldığını, infrastrukturun genişləndiyini, gecikən layihələrin isə minlərlə səviyyəsindən 850-dən aşağı salındığını qeyd edib.

    Sudaninin namizədliyi gözlənilən idi, lakin seçki rəqabətinin çətin və bir çox ehtimallara açıq olacağını göstərir.

    Lakin buna baxmayaraq, o siyasi parçalanmaları aşa biləcək müstəqil bir şəxsiyyət kimi qiymətləndirilir. Onun iqtisadi və sosial islahatlara yönəlmiş fəaliyyəti cəmiyyətdə rezonans doğurur və qələbəsi İraqın siyasi mənzərəsini dəyişə bilər.

    İraq parlamenti növbəti seçkilərin 11 noyabr 2025-ci ildə keçiriləcəyini elan edib. İraqın Ali Seçki Komissiyası ötən ay seçici siyahısının yenilənməsi prosesinə başladığını və bu prosesin bir ay davam edəcəyini bildirib.

    Komissiyanın sözçüsü Cumana əl-Qallayi 26 mart tarixində bəyan edib ki, təxminən 30 milyon insan qarşıdakı parlament seçkilərində səs vermək hüququna malikdir və bu seçkilərin oktyabr ayında keçirilməsi planlaşdırılır.

    Rəsmi tarix açıqlanandan sonra diqqət yeni ittifaqların formalaşmasına və xalqın seçkilərdəki iştirakı səviyyəsinə yönəlib. Bu seçkilər İraqda siyasi prosesin gələcəyi baxımından həlledici mərhələ hesab olunur.

    #İraq #Məhəmməd Şia Əl-Sudani #İraq Müqavimətinin Koordinasiyası #Şiə hakimiyyəti #İraqın beynəlxalq münasibətləri #İraqda sosial ədalət #Nuri əl-Maliki və Sadr ittifaqı #Sadr Maliki münasibətləri #Şiə əhalisi #İraqda seçki boykotu #İraq parlament seçkiləri #Məhəmməd Şiya əs-Sudani hökuməti #İraqda növbəti seçkilər nə vaxt olacaq? #İraqda korrupsiya ilə mübarizə aparan siyasi qüvvələr #İraqda siyasi dəyişiklik mümkündürmü? #Nuri əl-Maliki və Koordinasiya Çərçivəsi nədir? #İraqda seçkiləri kim qazanacaq? #İraqda islahatları kim dəstəkləyir? #İraqda xalq niyə siyasi sistemə inanmır? #İraqda dərin dövlət nə deməkdir? #İraqda seçki islahatlarına kim mane olur? #İraqda silahlı qrupların siyasətə təsiri #İraqda müstəqil hökumət qurula bilərmi? #Xalq Səfərbərliyi Qüvvələri İraqda #İraqda şiə siyasi mübarizəsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #İraqda Həşd üzvlərinin sayı və maliyyələşməsi #İraqda Həşdin hüquqi statusu #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #Məhəmməd Şiə əs-Sudani hansı siyasəti yürüdür? #Məhəmməd Şiə əs-Sudani seçkilər 2025 #Nuri əl-Maliki və İraq siyasəti #Sudani Maliki qarşıdurması #İraq siyasi gələcəyi #Sudani namizədliyi #İranın İraqdakı rolu #Haşdi Şaabi və silahların təhvili #Sədrçi Hərəkat seçki boykotu #İraqda yeni siyasi ittifaqlar #İraq islahat hökuməti #Sudani və ABŞ münasibətləri #İraqın regional siyasəti #İraq seçici siyahısı 2025 #Koordinasiya çərçivəsi İraq #Qanun Dövləti koalisiyası #Müqtəda əs-Sədr seçkilər #İraqda sabit idarəetmə #İraqda korrupsiya və siyasi dəyişiklik #İraq iqtisadi islahatları 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəzdə yük gəmisi naməlum raketlə vurulub

    1 İyun 2026 19:25

    Tehran və Bağdad təhlükəsizlik əməkdaşlığını gücləndirir

    27 May 2026 13:27

    BƏƏ İraqı düşmən fəaliyyətlərin qarşısını almağa çağırıb

    20 May 2026 17:38

    BMT Təhlükəsizlik Şurasına nüvə obyektində baş verən insident barədə hesabat veriləcək

    19 May 2026 22:25

    Küveyt və Qətər Səudiyyə Ərəbistanına qarşı PUA hücumlarını pisləyib

    18 May 2026 10:41

    İranın qənimət torpağı İraqda bitməyən hegemonluq mübarizəsi

    3 May 2026 09:00

    İraq 2035-ci ilə qədər bir milyon turist cəlb etməyi planlaşdırır

    2 May 2026 13:25

    BƏƏ öz vətəndaşlarına İraqa səyahət etməyi qadağan edib

    2 May 2026 12:54

    Bu gün onun doğum günüdür - Səddam Hüseyn kimdir?

    28 Aprel 2026 14:17

    İraqda yeni Baş nazirin kimliyi yaxın saatlarda bəlli ola bilər

    23 Aprel 2026 15:11

    Bəhreyn İraqa etiraz notası verib

    13 Aprel 2026 17:44

    Səudiyyə Ərəbistanı İraq səfirini XİN-ə çağırdı: Dron hücumlarına görə kəskin etiraz

    12 Aprel 2026 20:07
    XƏBƏR LENTİ

    Ağ Evdə keçiriləcək UFC turnirində qadın döyüşçülər iştirak etməyəcək - Dana Uayt

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    İsrailin Livana hücumları davam edərsə, ABŞ ilə danışıqlar dayandırılacaq - Qalibaf

    İniesta BƏƏ-də baş məşqçi oldu

    Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair Strateji Görüş Keçirilib

    Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər

    Prezident İlham Əliyev Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb

    İran ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham etdi

    İran-ABŞ yeni nüvə razılaşması əvvəlkindən fərqlənəcək - Qrossi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.