#İraqda xalq niyə siyasi sistemə inanmır?

Siyasi qüvvələr arasında kəskin rəqabət davam edərkən, 11 noyabrda keçiriləcək seçkilər ərəfəsində bir çox iraqlı bu prosesi laqeydlik və ya bəzən narazılıq hissi ilə qarşılayır. Xüsusilə küçələrdə, yollar boyunca və ictimai meydanlarda ifrat dərəcədə çox sayda afişa və şüarların yayılması seçki mühitinə qarşı bezginlik yaradıb.