Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Yaşayan səhabə

    30 İyul 2024 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaşayan səhabə
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Rəvayət edilir ki, uşaqlıq illərində əmisi ilə Suriya səfəri zamanı Peyğəmbər İordaniyanın Bukayəviyye bölgəsində səhranın ortasında bir püstə ağacının kölgəsi altında oturaraq istirahət edib. Bu səbəbdən 14 əsrdən artıq bir müddətdir ayaq üstdə dayanaraq böyüyən bu ağac bu gün “yaşayan səhabə” kimi tanınır.

    İordaniyanın paytaxtı Əmmanın şərqindəki Bukay'aviyyə bölgəsində yüzlərlə kilometrlik quru səhranın ortasında tək bir ağac dayanıb. Parlaq yaşıllığı quraq coğrafiya ilə ziddiyyət təşkil edən, hündürlüyü səmaya qədər uzanan, budaqları geniş ərazidə dörd istiqamətə yayılan, kölgəsi dözülməz yay günlərində belə ayaqları altında dincələnləri sərinlədən bu ağacın həmcinslərindən bir fərqi var.

    Əş-şəcərətü'l-Bukay'aviyyə İordaniyanın şimal-şərqində, Azrak və əs-Səfəvi arasında, əl-Bukay'aviyye qəsəbəsinin ortasında, paytaxt Əmmandan 150 km və Mefrak şəhərindən 90 km məsafədə yerləşir.

    Hekayə budur ki, Hz. Məhəmməd əmisi Əbu Taliblə ticarət məqsədilə Suriyaya yola düşərkən cəmi 12 (başqa rəvayətə görə 9) yaşında idi. Onların içində olduqları Qureyş ticarət karvanı da o dövrün digər karvanları kimi İordaniyanın şimal səhralarında Məkkə ilə Şam arasındakı köhnə ticarət yolundan istifadə edirdi. Hz. Peyğəmbər sonralar həc yolu kimi də istifadə edilən qədim Roma yolunun keçdiyi səhrada dincəlmək üçün bu ağacın kölgəsi altında oturub.

    Yaxınlıqdakı hücrədə tənha qalan Bahira adlı xristian keşiş karvanla birlikdə gələn Məhəmməd peyğəmbərin üzərini bir buludun örtdüyünü görür. Ağacın ona kölgə saldığını müşahidə edir. Təəccüblənən Bahirə adəti olmadığı halda karvanı yeməyə dəvət edir.

    Qureyşlilər o günə qədər onlarla heç vaxt maraqlanmayan Bahirənin dəvətini qəbul etsələr də, hələ yaşı az olan Hz. Məhəmmədi karvanın yanında qoydular. Daha sonra Bahirə onun da nahara gəlməsini xahiş etdi. Kürəyində peyğəmbərlik möhürünü görəndə Əbu Talibə dedi ki, bu uşağa yaxşı bax və onu qoru, çünki axır zamanda gələcək peyğəmbərdir o.

    Hz. Məhəmmədə kölgə saldığı və onun peyğəmbərliyindən öncədən xəbər verdiyi deyilən bu ağacın kvadrat kilometrlik səhranın ortasındakı yeganə ağac kimi günümüzə qədər gəlib çatdığı güman edilir.

    Bu səbəbdən iordaniyalılar paytaxt Əmmanın 150 km şərqində yerləşən bu ağacı “yaşayan səhabə” hesab edir və ağacı “mübarək ağac” adlandırırlar.

    İordaniya Nazirliyindən verilən məlumata görə, püstə ağacı ailəsinə aid olan 11 metrlik bu ağac ölkənin Qeyri-Maddi Mədəni İrs Siyahısındadır.

    Özündən başqa heç bir yaşıllığı olmayan qup-quru bir səhranın ortasında 14 əsrdən çox tək və dik yaşamağa davam edən bu Atlantik püstə ağacını hər il bərəkət və ehtiram dolu görünüşü ilə çoxlu müsəlman ziyarət edir.

    Yaşayan səhabə
    Yaşayan səhabə
    Yaşayan səhabə
    Yaşayan səhabə
    #İordaniya #Hz Peyğəmbər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    24 Avqust 2026 18:22

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29

    İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc

    15 Avqust 2026 07:50

    İordaniya şahzadəsi İmanın iki qız övladı dünyaya gəldi

    15 Avqust 2026 07:40

    İordaniya hökuməti struktur dəyişikliyi və yenidənqurma ərəfəsindədir

    14 Avqust 2026 15:10

    Qətərin Baş naziri Əmmanda Şərqi Qüdslə bağlı keçirilən iclasa qatılıb

    5 Avqust 2026 21:28

    Qətər və Misir XİN başçıları regional gərginliyi müzakirə ediblər

    5 Avqust 2026 19:41
    XƏBƏR LENTİ

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.