Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Moody's Türkiyənin kredit reytinqini iki pillə yüksəldib

    20 İyul 2024 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Moody's Türkiyənin kredit reytinqini iki pillə yüksəldib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Moody's Türkiyənin kredit reytinqini "B3"dən "B1"ə yüksəldib və kredit reytinqinin proqnozunu "müsbət" olaraq saxlayıb.

    AzerVoice xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada kredit reytinqinin B1 səviyyəsinə yüksəldilməsinin əsas səbəbinin rəhbərlikdəki irəlləyişlər, xüsusilə ortodoksal (əsas) pul siyasətinə qətiyyətli və getdikcə daha çox köklənmiş qayıdış olduğu bildirilib.

    Açıqlamada bunun Türkiyənin əsas makroiqtisadi göstəricilərindəki qeyr-tarazlığın azaldılması baxımından ilk gözlə görünən nəticələri verdiyi qeyd edilərək, “İnflyasiyanın və daxili tələbin tədricən canlanmağa başlaması bizə inflyasiya təzyiqlərinin önümüzdəki aylarda və 2025-ci ilə doğru əhəmiyyətli dərəcədə azalacağına daha çox əminlik verir" -deyə əlavə edilib.

    Açıqlamada Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) pul siyasətinin etibarlılığını sürətlə artırdığı və bunun türk lirəsinə inamın bərpasına kömək etdiyi bildirilib.

    Bundan əlavə, bəyanatda sərt iqtisadi siyasət mövqeyinin Türkiyənin yüksək xarici kövrəkliyini əhəmiyyətli dərəcədə azaltdığı, müsbət proqnozun isə yüksələn risk balansını əks etdirdiyi bildirilib.

    Qeyd edək ki, Moody's-nin bu açıqlamasına Türkiyənin Maliyyə Naziri Mehmet Şimşek də münasibət bildirib. O "Moody's kredit reytinqimizi ilk dəfə iki pillə qaldırdı. Həyata keçirdiyimiz proqram sayəsində Moody's 11 ildən sonra ölkəmizin kredit reytinqini artırdı və proqnozu müsbət saxladı",-deyə qeyd edib.

    “Reytinqin yüksəlməsində iqtisadiyyatda tarazlığın yaranması, xarici maliyyə ehtiyaclarının azalması, beynəlxalq ehtiyatların artması və dezinflyasiya prosesi təsirli olub. Müsbət proqnozun saxlanması proqramımıza olan inamı əks etdirir və potensial reytinq artımlarına işarə edir. İqtisadiyyatımızın dayanıqlığını artıran qaydalara əsaslanan və proqnozlaşdırıla bilən siyasətlərimizi qətiyyətlə həyata keçirməyə davam edəcəyik."- deyə Şimşək əlavə edib.

    #Türkiyə iqtisadiyyatı #Moody's #inflyasiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    1 Sentyabr 2026 18:24

    ABŞ-da inflyasiya qorxusu istehlakçı inamını aşağı salıb

    14 Avqust 2026 20:25

    Qlobal neftin ucuzlaşması ABŞ-da yanacaq qiymətlərinə hələ təsir etməyib

    4 Avqust 2026 19:55

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    23 İyul 2026 22:03

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    22 İyul 2026 09:00

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    15 İyul 2026 22:16

    BVF rəsmisi hökumətləri qiymət sabitliyini qorumağa çağırıb

    15 İyul 2026 18:44

    ABŞ İrana qarşı iqtisadi təzyiqi gücləndirə bilər

    15 İyul 2026 18:30

    Türkiyənin ABŞ-yə dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    15 İyul 2026 15:30

    Türkiyənin Azərbaycana sement ixracı iyunda 22 faiz artıb (ÖZƏL)

    12 İyul 2026 11:45

    Neftin ucuzlaşması qərar qəbul etmək üçün əlavə vaxt yaradır - Avropa Mərkəzi Bankının rəsmisi

    30 İyun 2026 21:19

    Prime Day ABŞ-da 26 milyardlıq alış dalğası yaratdı

    27 İyun 2026 22:15
    XƏBƏR LENTİ

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.