Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar öz hesabat və təqdimatlarında bank sektorunun dayanıqlılığını, kapitallaşma səviyyəsini və tənzimləyici çərçivənin güclənməsini xüsusi vurğulayırlar. Bu qiymətləndirmələr həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə sistemində aparılan struktur islahatların nəticəsi kimi dəyərləndirilir.
#Moody's
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini "Baa3" səviyyəsində təsdiqləyib. Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferi ilə dəstəklənir ki, bu da xarici şoklara qarşı həssaslıq risklərini azaldır. Bununla yanaşı "Moody`s" vurğulayır ki, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılı olaraq qalır.
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb.
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2028-ci ilədək 4 %-ə enəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.
Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək. "Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.
Bank sektorunda tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verir. Bu, aktivlərin sabit keyfiyyətində, kifayət qədər ehtiyatların formalaşdırılmasında və bankların möhkəm kapital mövqelərində özünü göstərir.