Bakı. VOA
"WikiLeaks"in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından buraxılaraq təyyarə ilə Böyük Britaniyanı tərk edib.
VOA xəbər verir ki, bu barədə təşkilat "X" sosial şəbəkəsində bildirib.
Razılaşmanın bir hissəsi olaraq Assanc casusluq ittihamını qəbul edərək ölkəsinə qayıdacaq.
CNN Türk ABŞ nümayəndəsi Yunus Paksoy, "Razılaşmaya əsasən Assanj sərbəst buraxıldı. O, zamin əsasında azad edildi. Çərşənbə günü Assanjın məhkəməsi olacaq. ABŞ Ədliyyə Nazirliyi ilə bağladığı razılaşmaya görə, ittihamları qəbul edəcək və həbs cəzasına məhkum edilməyəcək. Əslində, o, 62 ay həbs cəzası almalıdır, lakin İngiltərədə artıq həbsxanada qaldığı ayların sayı 62 ay olduğu üçün hesablanacaq və həbs edilməyəcək. Bazar ertəsi İngiltərədəki həbsxanadan azad edildi və çərşənbə günü ölkəsinə, Avstraliyaya qayıdacaq" - dedi.
Wikileaks-in verdiyi açıqlamaya görə, o, hər gün 23 saat təcrid olunmuş 6 kvadratmetrlik kamerasında 5 ildən çox vaxt keçirib. Wikileaks hökumətlərin korrupsiyasını, insan hüquqlarının pozulmasını və güclülərin hərəkətlərini açıq şəkildə paylaşırdı. Assanc ictimaiyyətin məlumat almaq hüququnu müdafiə etdiyinə görə ağır bədəl ödədiyi deyilirdi.
O, həmçinin, “Wikileaks” portalında təqdim edilmiş məlumatları silmək öhdəliyini üzərinə götürüb
Wikileaks-in dərc etdiyi ən mühüm sənədlər arasında ABŞ qüvvələrinin Bağdadda vertolyotdan istifadə edərək 11 mülki şəxsin ölümünə səbəb olan görüntüləri dərc edib. Burada iki jurnalist də dünyasını dəyişib. Burada qəzəb doğuran görüntülər ABŞ qüvvələrinin mülki insanlara amansızlıqla atəş açması olub. Başqa bir nəşr olunan sənəddə CIA və Səudiyyə Ərəbistanının Əl-Qaidəni birlikdə qurduğu bildirilir.