Bakı. AzerVoice:
Bütün Qərb, xüsusilə ABŞ İsrail üçün çalışır.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İsrail ilə Fələstin arasında baş verən proseslərdə məqbul heç nə yoxdur. İsrail indiyə qədər 40-45 min fələstinlini vəhşicəsinə qətlə yetirib. Müsəlmanlar olaraq bizim bu hadisələri izləmək və tərəfdar olmağımız ağlasığmazdır. Bütün bu resursları səfərbər etməklə, təəssüf ki, Fələstin xalqı İsrailin bu bombaları qarşısında ölümə məhkum edildi. İsraillə Türkiyə arasında 9,5 milyard dollarlıq ticarət dövriyyəsi olub. Bu ticarət həcminin olmadığını düşünərək ticarət əlaqələrini tamamilə dayandırdıq", - deyə o vurğulayıb.
Qeyd edək ki, 3 may tarixində Türkiyə İsrail ilə ticari əlaqələri dayandırıb.