Bakı,AzerVoice
Bu il ETİ Maden İşletmeleri GN. MD. şirkəti Türkiyədə mədənçilik sahəsi üzrə ümumilikdə 11 layihə həyata keçirəcək.
Bu haqda AzerVoice-ə ETİ Maden İşletmeleri GN. MD şirkətindən bildirilib.
“Həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümüi dəyəri, 1,6 milyard lirədir” - deyə şirkətdən bildirilib.
Məlumatda o da qeyd olunub ki , keçən il şirkətin həyata keçirdi layihələrin ümumi dəyəri 2,4 milyard lirə olub.
Məlumat üçün bildirək ki , Türkiyə bu il dağ-mədən sahəsində 47 layihə həyata keçiriləcək.
Dağ-mədən sahəsində həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr yalnız dövlət hesabına həyata keçiriləcək.
Nazirlikdən o da bildirilib ki, keçən il, dağ-mədən sahəsində 221 milyard lirə həcmində layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu.