Bakı,AzerVoice
Səudiyyə Ərəbistanı 620 min hektar ərazinin reabilitasiyası üçün yağış suyu yığımı layihəsinə başlayıb. AzerVoice xəbər verir ki , layihəyə Krallığın Milli Bitki örtüyünün İnkişafı və Səhralaşmaya Qarşı Mübarizə Mərkəzi (NCVC) strar verib.
Layihə Krallığın doqquz bölgəsində bitki örtüyünü yaxşılaşdırmaq üçün yağış suyunun yığılması üsullarından istifadə edəcək.
Layihədə bəndlər, su anbarları, sisternlər və quyulardan istifadə də daxil olmaqla müxtəlif yağış sularının yığılması üsullarından istifadə olunacaq.
Layihə krallıqda sahilboyu və dağlıq ərazilərdə reabilitasiya layihələrinin həyata keçirilməsinin mümkünlüyünün öyrənilməsini, yağış suyunun müvafiq toplanması texnikasının və hər bir regionda həyata keçiriləcək fəaliyyətlərin müəyyən edilməsini əhatə edəcək.
NCVC həmçinin iqlim və hidroloji məlumatları toplayacaq, topoqrafik və tədqiqat xəritələrini öyrənəcək və peyk görüntülərini təhlil edəcək.
Tədqiqat aparılan ərazilərdə torpaq və su nümunələrinin toplanması, çöl ölçmələrinin və laboratoriya analizlərinin aparılması, əsas hövzələrin drenaj şəbəkəsinin müəyyən edilməsi üçün sahə səfərləri həyata keçiriləcək.
Layihə Səudiyyə Ərəbistanında səhralaşma ilə mübarizə və ətraf mühitin yaxşılaşdırılması səylərinin bir hissəsidir. O, davamlı inkişafa nail olmaq və ətraf mühiti qorumaq məqsədi daşıyan “Saudi Vision 2030” (Səudiyyə Baxışı 2023)məqsədlərinə uyğundur.