Bakı, AzerVoice:
Türkiyə hərbi sahədə süni intellekti inkişaf etdirməyə başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin müdafiə korporasiyası Aselsan-ın baş direktoru Taha Yücel açıqlayıb.
O, həmçinin, ASEL GPT adlı süni intellekt layihəsi üzərində çalışdıqlarını bildirib.
"Hazırda bu layihə ilə bağlı hansı işlərin görüldüyü və ictimaiyyətə nə vaxt təqdim ediləcəyi barədə məlumat açıqlanmır. Bütün müdafiə sənayesi təşkilatlarımız bunu bilir. Süni intellektin proseslərimizə mümkün qədər inteqrasiyası və süni intellekt sahəsində güclü oyunçuya çevrilməsi ölkəmiz, sənayemiz və Aselsan üçün mühüm hədəfdir", - deyə o vurğulayıb.
Yücel onu da qeyd edib ki, bəzi texnologiyalar əhəmiyyətli miqyas, investisiya və infrastruktur tələb edir. və onları həyata keçirmək üçün çox vaxt lazımdır.