Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Ceyhun Bayramov Hulusi Akarla görüşüb

    29 Yanvar 2024 21:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ceyhun Bayramov Hulusi Akarla görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    XİN-dən AzerVoice-ə bildirilib ki, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

    Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir Ceyhun Bayramov, həmçinin, Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.

    Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.

    Hulusi Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib. Həmçinin komissiya sədri Hulusi Akar Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

    Ceyhun Bayramov Hulusi Akarla görüşüb
    Ceyhun Bayramov Hulusi Akarla görüşüb
    Ceyhun Bayramov Hulusi Akarla görüşüb
    #Ceyhun Bayramov #Hulusi Akar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

    4 İyun 2026 19:35

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    3 İyun 2026 18:29

    Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

    2 İyun 2026 20:53

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    1 İyun 2026 22:04

    Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

    27 May 2026 10:02

    Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

    19 May 2026 18:15

    Ceyhun Bayramov və Abbas Əraqçi İran ətrafında vəziyyətin diplomatik həlli imkanlarını müzakirə ediblər

    13 May 2026 13:49

    Azərbaycan Ermənistandakı prosesləri yaxından izləyir - Nazir

    10 May 2026 11:09

    Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışıb

    10 May 2026 11:05

    Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir - XİN başçısı

    10 May 2026 11:00
    XƏBƏR LENTİ

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    Azərbaycanda cərimə balları artırıla bilər

    BAEA İran nüvə obyektlərini yoxlaya bilmir

    ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək

    Türkiyədə may ayı üzrə inflyasiya nə qədər olub?

    Bombaları dayandırın - ABŞ Konqresində İsrailə silah tədarükünü dayandırmaq istəyənlər artır

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.