Bakı. AzerPress:
Regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi bizim əsas prioritetimizdir.
AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.
"Regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi milli təhlükəsizlik sistemimizin tərkib hissəsi olan xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Bu strategiyanın bir hissəsi olaraq bölgəmizdəki bütün terror təşkilatlarının həmişəlik məhv edilməsi vacibdir. Bu, təkcə xalqımızın deyil, bütün region ölkələrinin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün əvəzsiz şərtdir. Bu səbəbdən bütün qonşularımızın və müttəfiqlərimizin terrorla mübarizəmizi səmimi şəkildə dəstəkləməsi zərurətə çevrilib",- deyə nazir bildirib.
Hakan Fidan onu da vurğulayıb ki, ABŞ DEAŞ-a qarşı mübarizə bəhanəsi ilə PKK-ya dəstək verir.
Aytac Süleymanova
Twitter: a_alieva_