İslam fikir tarixində bəzi adlar yalnız yaşadıqları dövrü deyil, özlərindən sonrakı əsrləri də izah edən düşüncə sütunlarına çevrilir. İbn Xəldun belə simalardan biridir. O, yalnız tarixçi deyil, həm də cəmiyyətin quruluşunu, dövlətin yüksəliş və süqut qanunlarını, hakimiyyətin mahiyyətini, şəhər və köçəri həyatın fərqlərini anlamağa çalışan böyük mütəfəkkir idi.
İslam və Tarix
Azərbaycanın qədim elm mərkəzlərindən olan Bərdənin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri də Əbül-Həsən Əli Bərdəidir. O, İslam elmləri tarixində mühəddis və etibarlı hədis ravisi kimi tanınmaqla yanaşı, həm də dövrünün xeyriyyəçi tacirlərindən biri olub.
"Mənə ümmətimdən bir neçəsini göstərdilər. Onlar dağları və tarlaları doldurmuşdular. Onların sayının çoxluğu məni həm təəccübləndirdi, həm də sevindirdi. Mənə dedilər ki, onlardan yalnız yetmiş min nəfər Cənnətə sorğu-sualsız daxil olacaq. Soruşdum ki, bunlar hansılardır? Dedilər ki, onlar həyatlarına cadu və falı qarışdırmayanlar və Allah-Təaladan başqasına güvənməyənlərdir."
İslam tarixində qadınların döyüşlərdə iştirakı mühüm mərhələ kimi qiymətləndirilir. Müsəlman qadınların hərbi yürüşlərə qatılmaq istəyi ilk dəfə Bədr döyüşü zamanı gündəmə gəlib. Həmin dövrdə Hz. Aişə, Ümmü Həram, yaralıları müalicə etməyə hazır olduqlarını bildirən Ümmü Kəbşə, Ümmü Varəqə və Uzzə qəbiləsindən bir qrup qadın Peyğəmbərlə birlikdə döyüşə getmək üçün könüllü olublar.
"Qüslsüz oruc tutmaq olarmı? Cünub halda oruca başlamaq orucu pozurmu? İslam fiqhində oruclu ikən qüsl almaq və dini qaydalar haqqında ətraflı izah."
İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.
İslam tarixində Ramazan ayının hər günü böyük hadisələrlə zəngindir. Ramazan ayının 3-ü isə dövlət quran şəxsiyyətlərin gedişi, böyük siyasi şuraların toplanması və sivilizasiyaların yüksəlişi ilə yadda qalan, tarixin simasını dəyişən bir gündür.
Malcolm X-in Məkkədə keçirdiyi Həcc səfəri onun irqçilik əleyhinə mübarizəsini qlobal bərabərlik və insan haqları üzərində qurmasına səbəb oldu, bu da onun tarixdəki yerini daha da möhkəmləndirdi.
İslam tarixində Ramazan ayı həm mənəvi təmizlənmə, həm də "Böyük Fəthlər Ayı"dır. Hicri 91-ci ildə (miladi 710) Əndəlusun fəthi üçün atılan ilk addımlardan başlayaraq, təxminən 6 əsr sonra Şamda qazanılan möhtəşəm Şəqhab zəfərinə qədər, Ramazanın ikinci günü İslam sivilizasiyasının taleyini müəyyən edən həlledici hadisələrlə zəngindir.
Oruc tutmaq istəyən bir çox xanımları maraqlandıran məsələlərdən biri də, qadının hələ heyizli ikən ertəsi gün üçün niyyət etməsi məsələsidir. Burada üç ehtimal mövcutdur:
Ramazan ayının fəzilətləri, orucun mənəvi və fiziki təsirləri, Quran, dualar və İslamda Ramazanın önəmi ayə və hədislərlə izah edilir.Möminlər Ramazan orucunu yalnız bir ibadət kimi deyil, həm də Uca Allahın bir haqqı və qulların vəzifəsi olaraq görürlər. Ramazan ayı insanın Allahla olan mənəvi bağını gücləndirən müqəddəs bir aydır. Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur
Araşdırmalara əsasən, “mələk” və “şeytan” sözləri 88 dəfə, “cənnət” və “cəhənnəm” isə 77 dəfə qeyd edilir. “Kişi” və “qadın” sözlərinin hər birinin 24 dəfə işlədilməsi də statistik paralellik kimi göstərilir.