Araşdırmalara əsasən, “mələk” və “şeytan” sözləri 88 dəfə, “cənnət” və “cəhənnəm” isə 77 dəfə qeyd edilir. “Kişi” və “qadın” sözlərinin hər birinin 24 dəfə işlədilməsi də statistik paralellik kimi göstərilir.
İslam və Tarix
İslamda orucun mənəvi və fiziki təmizlənmədə mühüm rolu vardır. Bəs Allahın ən çox sevdiyi oruc hansıdır? Bu sualın cavabı Peyğəmbərimiz Hz. Məhəmmədin hədislərində açıq şəkildə bildirilmişdir.
Ruh maddi olmayan, metafizik bir varlıqdır. Maddi aləmdən fərqli olaraq, ruhu hissi orqanlarla müşahidə etmək və ya ona toxunmaq mümkün deyil; onun dərk edilməsi də tamamilə fərqlidir. Uca Rəbbimiz bu barədə belə buyurur:
Nurəddin Mahmud Zəngi 11 fevral 1118-ci ildə (17 Şəvval 511) Hələbdə anadan olmuşdur. Hüsn xətti, çox mütaliə etməsi, hədisləri əzbərləyib rəvayət etməsi və fiqh elmindəki dərinliyi onun mükəmməl təhsil aldığını göstərir. Gənclik illərində hərbi sahədə fərqləndiyi və atası İmadəddin Zənginin yanında vaxtaşırı döyüşlərdə iştirak etdiyi məlumdur.
İslamın Qərbi Avropa ilə münasibətlərinin qədim və dərin kökləri var. Bu əlaqələr müsəlmanların Avropa qitəsinin həm şərqinə, həm də qərbinə qədəm qoyması ilə başlamışdır. Şərqdə ilk əsrlərdə Bizanslılarla qarşıdurmalar vasitəsilə, qərbdə isə Əndəlüsün fəthi, şimala doğru irəliləyiş və Fransanın paytaxtı Parisə yaxınlaşma ilə davam etmişdir. Bu irəliləyiş "Bəlatüş-Şühəda" – Puatye döyüşü ilə dayandırılıb. Şekib Arslan özünün "Ərəblərin Fransa, İsveçrə, İtaliya və Aralıq dənizi adalarındakı fəthlərinin tarixi" kitabında sübut etmişdir ki, müsəlmanların Qərbi Avropadakı varlığı təkcə İspaniya, Portuqaliya və Fransa ilə məhdudlaşmırdı. İslamın ilk əsrlərində bu varlıq İsveçrə və İtaliyaya qədər uzanırdı. Beləliklə, Avropa bu dini və onun tərəfdarlarını erkən tanımışdı və təbii olaraq dünyanı bürüyən bu yeni sivilizasiya axınından təsirlənmişdi.
Qərb ədəbiyyatı tarixində İslam haqqında yazılanlar çox vaxt qorxu, təhrif və ya səthi maraq çərçivəsindən kənara çıxa bilməyib. Əsrlər boyu Avropanın təxəyyülündə İslam dini ilə bağlı mənfi stereotiplər kök salmışdı; o, ya məsxərəyə qoyulan "qəribə o biri", ya da şübhə ilə yanaşılan "mədəni düşmən" kimi qələmə verilirdi. Lakin bu səs-küyün içində mühakimə etmək əvəzinə dinləməyi, uzaq durmaq əvəzinə yaxınlaşmağı seçən nadir səslər ucaldı. Bu səslər arasında dünya şöhrətli fransız şairi və romançısı Viktor Hüqonun adı xüsusi parlayır. Hüqo İslamda həyatın, ölümün, ruhun və azadlığın universal mənasını axtaran dərin bir insani və mənəvi təcrübə görmüşdü.
Türkiyənin Diyanət İşləri Başçısı Ali Erbaş akademik fəaliyyəti və dövlət idarəçiliyində tutduğu vəzifələrlə tanınan din xadimi və alimdir. Ali Erbaş 1961-ci ildə Türkiyənin Ordu vilayətinin Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alan Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip Liseyini, 1984-cü ildə isə Mərmərə Universitetinin İlahiyyat Fakültəsini bitirib.
Qiptilər özlərini Misirin yerli əhalisi, qədim Misir fironlarının davamçıları hesab edirlər. “Qipti” sözü də məhz “misirli” mənasını verir. Misir xristianlarının böyük əksəriyyəti Qipti Pravoslav Kilsəsinə mənsub olsa da, katolik və protestant qollarında olan xristianlar da özlərini qipti kimliyi ilə təqdim edirlər. Müxtəlif hesablamalara görə, Koptlar Misir əhalisinin təxminən 10 faizini təşkil edir. Azlıq statusuna baxmayaraq, onlar özlərini Misir cəmiyyətinin ayrılmaz hissəsi hesab edir və ölkənin milli kimliyini mənimsəyirlər.
İslam mənbələrində cinlərin yaşadıqları məkanlarla bağlı müxtəlif rəvayətlər mövcuddur. Bildirilir ki, bəzi cinlər insanlarla birlikdə evlərdə yaşayır və onlara “Ammar” deyilir. Digər qisim cinlərin isə hamamlarda, qəbiristanlıqlarda, çirkli məkanlarda və dəvə tövlələrində məskunlaşdığı qeyd olunur. Rəvayətlərə əsasən, İslam peyğəmbəri Məhəmməd (s.ə.s.) bu kimi yerlərdə namaz qılmağı qadağan etmişdir.
İslam dünyasının görkəmli mühəddis və fəqihi olan Əbu Bəkr Muhəmməd Əbhəri, Maliki məzhəbinin inkişafında müstəsna xidmətləri olan bir alimdir. Hicri 289-cu ildə (902-ci il) anadan olan Əbhəri, həm öz dövründə, həm də sonrakı əsrlərdə "siqa" (etibarlı və mötəbər) bir ravi kimi tanınmışdır. Hafiz Muhəmməd ibn Əbü’l-Fəvaris və məşhur hədis alimi Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni onun elmi dürüstlüyünü xüsusi qeyd etmişlər.
Müasir psixologiyanın təməllərinin haradan gəldiyi tez-tez müzakirə olunsa da, İslam mədəniyyətində psixoterapiya qədim dövrlərdən bəri mövcuddur. Müsəlman alimləri hələ əsrlər əvvəl insanın həm fiziki, həm də ruhsal vəziyyətinin bir-biri ilə ayrılmaz bağlılığını sübut etmiş və bu sahədə əhəmiyyətli töhfələr vermişlər.
Xristian bir əsgərin ayağı yaralanmış və müsəlman həkim onu müalicə etdikdən sonra ayağını sarıyıb ordugahına geri göndərmişdir. Orada xristian bir həkim xəstəni müayinə etmiş, ayağını kəsmiş və nəticədə əsgər ölmüşdür. Başqa bir hadisədə qarnı ağrıyan xristian bir kralı müsəlman həkim müayinə edir və ona gecə dincəlməsini tövsiyə edir. Xristian olan başqa bir həkim isə krala dərman müalicəsi tətbiq edərək, vəziyyətinin ağırlaşmasına və gecədən sağ çıxmamasına nail olmuşdur. 1095-ci ildə Səlib yürüşləri başladığı zaman anadan olan Üsamə ibn Münqiz o dövrə aid başqa iki hadisəni də nəql edir. “Kitabül-İtibar” (İbrətlər kitabı) adlı əsərində yuxarıda nəql olunanlarla oxşar olan iki hadisə təsvir etmişdir. Lakin bu əhvalatda ayağı yaralı şəxs əsgər deyil, sıravi “bir insan” və mədə xəstəliyindən şikayətçi olan isə bir qadındır. İkisini də müalicə edən ərəb həkim Üsamənin əmisi Sabit idi. Digər təfsilatlar isə eynidir. İki xəstə də müalicə nəticəsində ölmüşdür.