Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Həzrəti Məhəmmədin təhsilə baxışı: “Allah məni müəllim olaraq göndərmişdir”

    24 Oktyabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həzrəti Məhəmmədin təhsilə baxışı: “Allah məni müəllim olaraq göndərmişdir”
    Facebook Twitter LinkedIn Pinterest Email

    Klassik İslam miniatür üslubunda hazırlanmış bu illüstrasiya, məsciddə bir müəllimin şagirdlərinə Quran və yazı öyrətdiyi səhnəni təsvir edir. ( Süni intellekt)

    BAKI,AzerVocie, Azərbaycan İslam Ensiklopediyası

    Hz. Məhəmməd Allaha iman edən, elmli və şüurlu bir cəmiyyət formalaşdırmağı hədəfləmiş, bu məqsədlə təhsil və maarifə böyük əhəmiyyət vermişdir. Onun həyatında “oxumaq”, “öyrənmək” və “öyrətmək” anlayışları İslamın təməl prinsiplərindən biri kimi yer alır.

    Peyğəmbərə nazil olan ilk vəhy “Oxu” əmri idi. Bu, həm ona, həm də bütün ümmətə elm və bilik axtarışının ilahi göstəriş olduğunu nümayiş etdirirdi. Qurani-Kərimdə elmə təşviq edən və alimləri ucaldan çoxsaylı ayələr yer alır. Hz. Məhəmməd bir hədisində buyururdu: “Allah məni bir müəllim olaraq göndərmişdir.”

    Məkkə dövründən Mədinəyə uzanan maarifçilik

    Məkkə dövründə Peyğəmbər vəhy ayələrinin yazıya alınmasına böyük diqqət yetirmiş, onların qorunması və yayılması üçün səylər göstərmişdir. Darül-Ərkam adlı ev onun ilk tədris mərkəzi olmuş, burada Quran ayələri oxunur, yazılır və dini biliklər öyrədilirdi.

    Hicrətdən sonra Mədinədə inşa olunan Məscidün-Nəbəvi həm ibadət, həm də təhsil ocağına çevrilmişdi. Məscidin “Suffə” adlanan hissəsində yüzlərlə səhabə Quran və yazı öyrənirdi. Burada Hz. Peyğəmbər bəzən şəxsən dərs verir, bəzən də müəllimlər təyin edirdi.

    Maraqlı məqamlardan biri də budur ki, Bədir döyüşündən sonra yazı bilən, lakin fidyə ödəyə bilməyən əsirlər, on müsəlman uşağına yazı öyrətmək şərti ilə azad edilmişdilər. Bu, o dövr üçün böyük bir maarifçilik addımı idi.

    Hz. Peyğəmbər elm öyrənməkdə qadın və kişi arasında fərq qoymamış, qadınların təhsili üçün xüsusi günlər ayırmışdı. Şəfa adlı qadın səhabə Hz. Hafsaya yazı öyrətmiş, Peyğəmbərin xanımları isə qızların təhsilinə şəxsən nəzarət etmişlər.

    Eyni zamanda o, kölələrin də təhsildən kənarda qalmamasını vacib bilmiş, belə buyurmuşdur:

    “Kim bir köləni öyrədib tərbiyə edər, sonra azad edib evləndirərsə, onun üçün iki mükafat vardır.”

    Hz. Məhəmmədin tədris metodunda şiddət və sərtlik yox, səbir və mərhəmət əsas yer tuturdu. O, buyururdu:“Təlimdə asanlaşdırın, çətinləşdirməyin, hirsləndiyiniz zaman susun.”

    Səhabələr onun bu müəllimlik üslubunu tərifləyərək bildirirdilər ki, Peyğəmbər heç kimi danlamaz, döyməz və təhqir etməzdi.

    Hz. Məhəmmədin qurduğu maarifçilik sistemi sayəsində elm yalnız dini biliklərlə məhdudlaşmamış, oxuma-yazma və ictimai şüurun inkişafına da təkan vermişdir. Bu gün İslam dünyasında təhsilə verilən hər bir dəyərin kökündə onun qoyduğu bünövrə dayanır.

    #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Məhəmməd Peyğəmbər #Peyğəmbər duaları #Azərbaycan İslam ensiklopediyası #Peyğəmbərin təsəllisi #Peyğəmbərin səbir etməsi #İsa peyğəmbərin enməsi #Peyğəmbər və Əbu Bəkr mağarada #Peyğəmbərin həyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    9 Avqust 2026 07:21

    Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

    28 İyun 2026 09:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    Düha namazı nədir?

    3 May 2026 15:42

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01

    Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?

    12 Aprel 2026 11:16

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    Münasibətlərdə ən böyük xətanız nədir? Quranın "fayda" meyarı

    3 Aprel 2026 06:16

    Hülagülər dövrünün azərbaycanlı alimi: Mahmud əl-Arraninin iris haqqında nə bilirik?

    22 Mart 2026 12:35
    XƏBƏR LENTİ

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.