Bakı,AzerVoice
ABŞ qüvvələrinə qarşı hücümların dayandırılması müvəqqəti bir taktikadır, biz İslam müqavimətinin ayrılmaz hissəsiyik. AzerVoice xəbər verir ki, bunu ABŞ qüvvələrinə qafrşı hücümlar həyata keçirən İran yönlü İraq Əl-Nücəbə Hərəkatı lideri Əkrəm Əl-Kəabi deyib.
O qeyd edib ki, təşkilat ABŞ və İSrailə qarşı müqaviməti davam etdirəcək.
Əl-Kəabi həmçinin qeyd edib ki, İslami Müqavimətin bir hissəsi olan təçkilatları Bağdad hökumətindən Amerikanın İraqdan çıxması cədvəlini açıqlamasını istəyir.
“Amerika danışıqlar yolu ilə İraqa tabe olacaq və geri çəkiləcək”-deyə o bildirib.