İran

ABŞ Prezidenti Donald Tramp İranın dəniz ticarətinə qarşı kəskin addım ataraq, bu ölkənin limanlarına giriş-çıxış edən bütün gəmilərin blokadaya alınacağını elan edib. ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasındakı rəsmi hesabında məlumat paylaşıb. Dövlət başçısı qeyd edib ki, ABŞ saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya bu limanları tərk edən bütün gəmilərə qarşı rəsmi blokada tətbiq olunacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı sosial şəbəkə üzərindən paylaşdığı açıqlamada Hürmüz boğazında hərbi nəzarətin təmin edildiyini bildirib. Bəyanatda qeyd olunub ki, “istənilən yanlış addım düşməni Hürmüz boğazında ölümcül vəziyyətə sala bilər” və bölgədə bütün hərəkətlərin silahlı qüvvələrin nəzarəti altında olduğu vurğulanıb.

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın iqtisadi yükü məlum olub. Rəsmi qurumlar əməliyyatın ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini bəyan ediblər. İsrail Maliyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, İrana qarşı icra edilən "Şir nəriltisi" (Lion's Roar) əməliyyatının ilkin xərcləri təxminən 11,5 milyard dollar təşkil edir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, tətbiq edilən sanksiyalar və regional təhlükəsizlik məsələlərinə dair kəskin bəyanatlarla çıxış edib. VOA xəbər verir ki, prezident bildirib ki, İrana qarşı yeni blokada bazar ertəsi günündən etibarən qüvvəyə minəcək və digər dövlətlər də İranın neft satışının qarşısını almaq üçün fəal iş aparırlar.

ABŞ Prezidenti Donald Tramp İslamabadda keçirilən yüksək səviyyəli görüşlərdən sonra İranın nüvə proqramı və Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı şok bəyanatlar verib. Prezident İranın dünyanı şantaj etdiyini bildirərək, ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazın tam blokadaya alınması və minaların təmizlənməsi barədə göstəriş verib.

ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf görüşlərin nəticəsiz qaldığını elan edib. Qalibaf vurğulayıb ki, Vaşinqtonun mövqeyi Yaxın Şərqdəki müharibəyə birdəfəlik son qoyacaq bir razılaşmanın əldə olunması üçün kifayət etməyib. Pakistanın paytaxtında keçirilən və gərgin keçən müzakirələrin başa çatmasından bir neçə saat sonra Qalibaf rəsmi bəyanatla çıxış edib. "İran nümayəndə heyətindəki həmkarlarım konstruktiv təşəbbüslərlə çıxış etdilər, lakin sonda qarşı tərəf bu danışıqlar raundunda İran heyətinin etimadını qazanmağa nail ola bilmədi."-deyə o bildirib.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional təhlükəsizlik və diplomatik hədəfləri barədə kəskin bəyanatlarla çıxış edib. Vilayəti İranın Hörmüz boğazı üzərindəki nəzarətini və müharibə itkiləri ilə bağlı tələblərini bir daha xatırladıb. Əli Əkbər Vilayəti İranın xarici siyasət kursunun təməl prinsiplərinə toxunub.

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.