İran

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini bildirib. Bildirilib ki, məktubda adı çəkilən ölkələrin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etdikləri və ərazilərindən istifadə olunmasına şərait yaratdıqları iddia olunur.

“Associated Press”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton və Tehran arasında yeni danışıqlar raundunun keçirilməsi ilə bağlı müzakirələr aparılır. Vasitəçi ölkənin bir diplomatı bildirib ki, tərəflər artıq növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Cəmi bir gündən az davam edən danışıqlar, üç dəqiqəni keçməyən qısa bir mətbuat konfransı ilə və heç bir ciddi irəliləyiş olmadan başa çatdı. Şənbə günü günortadan sonra başlayan ABŞ-İran müzakirələri bütün gecə boyu, təxminən 21 saat davam etdi. C.D. Vens İslamabadda jurnalistlərin qarşısına çıxanda Pakistan paytaxtında artıq günəş doğmuşdu. ABŞ vitse-prezidenti bildirdi: "Razılığa gələ bilmədik. Qırmızı xətlərimizin nə olduğunu çox aydın şəkildə izah etdik... Onlar isə şərtlərimizi qəbul etməməyi seçdilər".

İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü nazir Abbas Əraqçinin Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə telefon əlaqəsi saxladığını açıqlayıb. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Abbas Əraqçi Pakistanda (İslamabad) keçirilən İran-ABŞ danışıqlarının gedişatı və əldə olunan son məqamlar barədə Səudiyyəli həmkarını ətraflı məlumatlandırıb.

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın müharibə əleyhinə mövqeyinə görə Papa XIV Leonu tənqid etməsini və özünü Həzrəti İsa şəklində təsvir etməsini kəskin pisləyib. Pezeşkian sosial şəbəkə hesabından etdiyi paylaşımda Papanı etiketləyərək bildirib ki, böyük İran milləti adına bu təhqiri qınayır və sülh peyğəmbəri olan İsanın müqəddəsliyinə hörmətsizlik azad insanlar üçün qəbulolunmazdır.

Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Məlumata əsasən, tərəflər İran ilə ABŞ arasında aparılan sülh danışıqlarından sonra yaranmış son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, telefon danışığı zamanı regionda sabitliyin qorunması və diplomatik proseslərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranla əldə olunmuş atəşkəs razılaşmasının kövrəkliyi barədə hökumət üzvlərinə xəbərdarlıq edib. İsrailin "Walla" xəbər portalının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Baş nazir bu bəyanatı Nazirlər Kabinetinin qapalı iclası zamanı səsləndirib.

İran ABŞ-nin “dəniz ablukası” ilə bağlı bəyanatlarından sonra bölgədəki limanların təhlükəsizliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Məlumata əsasən, Zülfiqari qeyd edib ki, İran öz ərazi sularında təhlükəsizliyi təmin etməkdə qərarlıdır. O bildirib ki, ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək, digər gəmilər isə koordinasiya əsasında hərəkət edə biləcəklər.

ABŞ Prezidenti Donald Tramp İranın dəniz ticarətinə qarşı kəskin addım ataraq, bu ölkənin limanlarına giriş-çıxış edən bütün gəmilərin blokadaya alınacağını elan edib. ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasındakı rəsmi hesabında məlumat paylaşıb. Dövlət başçısı qeyd edib ki, ABŞ saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya bu limanları tərk edən bütün gəmilərə qarşı rəsmi blokada tətbiq olunacaq.