İran

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional təhlükəsizlik və diplomatik hədəfləri barədə kəskin bəyanatlarla çıxış edib. Vilayəti İranın Hörmüz boğazı üzərindəki nəzarətini və müharibə itkiləri ilə bağlı tələblərini bir daha xatırladıb. Əli Əkbər Vilayəti İranın xarici siyasət kursunun təməl prinsiplərinə toxunub.

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

İran və ABŞ nümayəndə heyətləri bu gün İslamabadda iki raunddan ibarət danışıqlar aparıblar. Bu barədə İranın Dövlət Televiziya və Radio Şirkəti xəbər verib. Məlumata əsasən, tərəflər arasında üçüncü görüşün axşam saatlarında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə keçirilən bu müzakirələrdə İran heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ heyətinə isə vitse-prezident Ceyms Devid Vens başçılıq edir.

İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb. Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkə mətbuatına verdiyi açıqlamada Pakistanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ müzakirələrini şərh edib. Qəribabadi Tehranın danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibinin İranın bu prosesə nə dərəcədə ciddi yanaşdığının bariz göstəricisi olduğunu vurğulayıb.

"Axios" xəbər portalı mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri bu şənbə günü strateji əhəmiyyətli Hürmüz boğazından keçib. Bu addım regionda gərginliyin azaldılması və ticarət yollarının təhlükəsizliyi istiqamətində mühüm hərbi-siyasi mesaj kimi qiymətləndirilir.

İslamabad danışıqlarının fonunda gərginlik diplomatik bəyanatlarla davam edir. Ağ Evin yüksək rütbəli rəsmisi İranın dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması barədə yayılan məlumatları qətiyyətlə təkzib edərək, bu xəbərləri "saxta iddialar" adlandırıb.