Məlumata görə, Avropa Səyahət Komissiyasının son araşdırmasına əsasən, avropalıların 82 faizi bu mövsümdə səyahət etməyi planlaşdırır. Bu, pandemiyadan sonra turizm sektorunda ciddi canlanmanın göstəricisi hesab olunur. Bildirilib ki, təhlükəsizlik məsələsi artıq əsas prioritetlərdən birinə çevrilib. Sorğuda iştirak edənlərin 22 faizi səyahət edəcəkləri istiqamətin təhlükəsizliyini əsas amil kimi qiymətləndirib.
İran
ABŞ ya diplomatik yola baş vurmalı, ya da qarşıdurmanı davam etdirməlidir.
İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarından biri olan Məhəmməd Cafər Əsədi İran ilə ABŞ arasında yeni hərbi qarşıdurma ehtimalının olduğunu bildirib.Hatəmul-Ənbiya Mərkəzi Qərargahının əməliyyat üzrə komandan müavini Əsədi ölkəsinin istənilən hərbi təhdidə qarşı hazır vəziyyətdə olduğunu vurğulayıb. O, Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi fəallığına və bəyanatlarına diqqət çəkib. “İran ilə ABŞ arasında yeni bir münaqişə ehtimalı mövcuddur və faktlar göstərir ki, ABŞ heç bir sözə və ya razılaşmaya tam sadiq qalmır”- deyə o bildirib. Əsədi həmçinin ABŞ rəsmilərinin açıqlamalarını “əsasən media yönümlü və taktiki” adlandırıb.
İranda etiraz aksiyaları ilə bağlı saxlanılan 21 yaşlı karate idmançısı Sassan Azadvar Joonqani edam edilib. Bildirilir ki, Azadvar 2025-ci ilin yanvarında ölkə üzrə keçirilən etirazlar zamanı saxlanılıb və daha sonra barəsində çıxarılan hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Beynəlxaq KİV tərəfindən əldə edilən son rəqəmlər və peyk görüntüləri göstərir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt dəniz blokadasına baxmayaraq, xeyli sayda neft tankeri hələ də beynəlxalq sularda hərəkət edərək İran neftini dünya bazarlarına daşımağa davam edir. Bu vəziyyət Tramp administrasiyasının "maksimum təzyiq" strategiyasının praktiki tətbiqində ciddi boşluqların olduğunu göstərir.
ABŞ Prezidenti Donald Trump Konqresə göndərdiyi rəsmi məktubda İranla düşmənçiliyin sona çatdığını bildirərək yeni hərbi səlahiyyətə ehtiyac olmadığını bəyan edib. Ağ Ev tərəfindən Konqresə ünvanlanan sənəddə qeyd olunub ki, İran rejiminə qarşı əməliyyatların uğurlu nəticələrinə və davam edən sülh səylərinə baxmayaraq, Tehran hələ də ABŞ və onun silahlı qüvvələri üçün ciddi təhlükə olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp İranla münasibətlər və regiondakı son hərbi-strateji vəziyyət barədə sensasiyalı açıqlamalar verib. Tramp Ağ Evdə jurnalistlərə verdiyi bəyanatda Tehranın hələ də Vaşinqtonun tələblərinə cavab vermədiyini və ABŞ-ın geri çəkilmək niyyətində olmadığını vurğulayıb.
ABŞ-ın aprelin 13-də başladığı dəniz blokadası İranın neft ixracatına sarsıdıcı zərbə vurub. Pentaqon və rəsmi mənbələrin məlumatlarına əsaslanan "Axios" nəşri, Tehranın milyardlarla dollar gəlirdən məhrum olduğunu və dənizdə nəhəng neft tıxacının yarandığını xəbər verir.
"Politico" nəşri xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konqresə rəsmi bildiriş göndərərək, İranla birbaşa hərbi qarşıdurma vəziyyətinin və müharibənin hüquqi baxımdan başa çatdığını bəyan edib. Bu mühüm qərarın rəsmi olaraq "hüquqi müddətin başa çatması" (legal deadline) ilə əlaqədar verildiyi bildirilir.
İranda partlamamış hərbi sursatın partlaması nəticəsində çox sayda itki qeydə alınıb. Zəncan vilayətində ABŞ və İsrail hücumlarından qalan partlamamış sursatın axtarışı zamanı baş verən partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusu sıralarından 14 hərbçi ölüb, daha 2 nəfər yaralanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını “təcavüz aktı” kimi qiymətləndirib. O bildirib ki, Vaşinqtonun hücumları “özünümüdafiə” kimi təqdim etməsi əsassızdır və bu iddianın hüquqi əsasları yoxdur. Sözçü vurğulayıb ki, İran tərəfindən ABŞ-a qarşı hər hansı silahlı hücum həyata keçirilməyib.
Rəsmi Tehran ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının ölkəyə vurduğu ziyana görə körfəz regionu ölkələrindən kompensasiya tələb edir.