SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi İranın şimal-qərbində yerləşən qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Həmzə Seyyid əş-Şühəda qərargahının qüvvələri regiondankənar düşmənlər və terror qruplarının mümkün addımlarına qarşı hazırdır. Komandan kəşfiyyat imkanları, müasir texnologiyalar və əməliyyat hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, istənilən təhdidə qəti cavab veriləcəyini bəyan edib. Açıqlama Məhəmməd Kərəminin X sosial şəbəkəsindəki paylaşımında yer alıb. İran rəsmisi ölkənin müdafiə hazırlığının davam etdiyini bildirib.
İran
Donald Tramp İranla bağlı sərt açıqlama verib. O, Tehranın ABŞ ilə danışıqları inkar etməsinə baxmayaraq, dolayısı ilə təmaslar apardığını iddia edib. Tramp Hörmüz boğazına ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarət etdiyini bildirib. Prezident İranın qarşısında yalnız iki seçim – razılaşma və ya tam təslim olmağın qaldığını söyləyib. O, həmçinin İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini vurğulayıb. İran tərəfi isə daha əvvəl ABŞ ilə hazırda heç bir birbaşa danışığın aparılmadığını bəyan edib.
İran Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında hazırda birbaşa danışıqların aparılmadığını açıqlayıb. Bununla yanaşı, İranın regional ölkələrlə diplomatik təmasları davam edir. Son günlər Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri ilə əlaqə saxlayıb. Oman və İran arasında Hörmüz boğazındakı vəziyyətlə bağlı danışıqlar da davam edir. Prezident Məsud Pezeşkian İranın regionda gərginliyi artırmaq istəmədiyini, lakin milli maraqlarını qorumağa hazır olduğunu bəyan edib. Tehran həm diplomatiyaya açıq olduğunu, həm də mümkün qarşıdurmaya hazır olduğunu bildirir.
Dəniz təhlükəsizliyi üzrə analitik Aaron Kennedi Hörmüz boğazında İranın gəmi hərəkətinə nəzarət etdiyini iddia edib. O bildirib ki, Tehran öz icazəsi olmadan hərəkət edən gəmiləri hədəfə alır. Analitikin sözlərinə görə, boğazda iki əsas gəmiçilik dəhlizi mövcuddur. Şimal marşrutunun ABŞ blokadası altında olduğu, cənub marşrutunda isə ABŞ-ın məhdud mühafizə təmin etdiyi qeyd olunub. Kennedi bu mühafizənin İranın mümkün hücumlarının qarşısını almaq üçün kifayət etmədiyini bildirib. Bu qiymətləndirmələr analitikə məxsusdur və müstəqil şəkildə təsdiqlənməyib.
İran mediası Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri ABŞ-a məxsus MQ-9 tipli PUA-nı aşkar edərək vurub.
İran ABŞ ilə hər hansı danışıqlar aparmadığını bəyan edib. Bəqainin sözlərinə görə, Tehran hazırda yalnız Omanla təmaslarını davam etdirir. Bu təmaslar Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin edəcək marşrutla bağlı razılaşmanın əldə olunmasına yönəlib.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, yaxın vaxtlarda imzalanmış memorandum İran Ali Milli Təhlükəsizlik Şurası üzvlərinin ortaq qərarının nəticəsidir və gələcəkdə ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər. Pezeşkian vurğulayıb ki, əsas məqsəd qarşı tərəfin də üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasını təmin etməkdir.
İran Prezidenti Məsud Pezeşkian xalqın ölkənin gələcəyini müəyyən edəcəyini bildirib. O, İran xalqını ABŞ və İsraillə münaqişə dövründə göstərdiyi dözümlülüyə görə "qəhrəman" adlandırıb. Pezeşkian münaqişənin başlanğıcını 2024-cü il iyulun 31-də İsmayıl Həniyənin Tehranda öldürülməsi ilə əlaqələndirib. Prezident həmin vaxt Həniyənin onun andiçmə mərasimində iştirak etmək üçün İranda olduğunu xatırladıb. Onun sözlərinə görə, İran müharibələrə və təzyiqlərə baxmayaraq yolunu öz xalqının iradəsi ilə müəyyən edəcək. Bəyanat sosial şəbəkədə paylaşılıb.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif hökumətin mümkün ən pis ssenarilərə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, qarşıdakı iki il üçün zəruri ehtiyatların yaradılması istiqamətində iş aparılır. Arif ehtiyatların növü barədə məlumat verməyib. O, hökumətin əsas məqsədinin ölkə daxilində sabitliyin və ictimai asayişin qorunması olduğunu vurğulayıb. İran rəsmisi bütün mümkün ssenarilərin nəzərə alındığını bildirib. Açıqlama regionda davam edən gərginlik fonunda verilib. Hökumətin hazırlıq planlarının təfərrüatları açıqlanmayıb.
İranın yüksək rütbəli hərbi rəsmisi Əli Abdullahi region ölkələrini ABŞ ilə əməkdaşlığı yenidən nəzərdən keçirməyə çağırıb. O bildirib ki, ABŞ-ın İrana qarşı fəaliyyəti genişmiqyaslı münaqişə riskini artırır. Abdullahi Vaşinqtonun region ölkələrinin imkanlarından öz hərbi maraqları üçün istifadə etdiyini iddia edib. General-mayor ABŞ ilə yaxın əməkdaşlıq edən ölkələrə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə ölkələr müharibənin təsirləri ilə üzləşə bilərlər. Bəyanat bölgədə artan gərginlik şəraitində verilib. ABŞ tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ABŞ ilə əməkdaşlıq edən region ölkələrinə sərt xəbərdarlıq edib. İranlı general region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, Vaşinqtonun tərəfini tutan və ona müdafiə qalxanı olan istənilən dövlət müharibənin nəticələri ilə üzləşəcək
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ-nin Qətərdə yerləşən "Əl-Udeyd" hərbi bazasına qarşı əməliyyatdan sonra itkin düşən Hərbi Hava Qüvvələrinin üç pilotunun axtarışı davam edir. O bildirib ki, Qətər tərəfi indiyədək onların taleyi ilə bağlı heç bir məlumata malik olmadığını iddia edir.