BAKI,VOA, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin kəşfiyyat sahəsindəki uğursuzluqlar və yanlış hesablamalarının İranla müharibədə özünü göstərdiyini bildirib. O, Vaşinqtonun indi Hörmüz boğazı ilə bağlı daha böyük səhvə yol verdiyini deyib.
VOA xəbər verir ki, Əraqçi ABŞ-nin uzun müddətdir kəşfiyyat məlumatlarının uğursuzluğu səbəbindən yanlış hesablamalar apardığını qeyd edib.
“ABŞ uzun müddətdir kəşfiyyat uğursuzluqları səbəbindən yanlış hesablamalar aparır. Buna nümunə İranla müharibədir. İndi isə Hörmüz boğazı ilə bağlı daha böyük yanlış hesablama edilib”, – deyə İran XİN rəhbəri yazıb.
Əraqçi “saxta xəbərlərdən daha təhlükəlisinin saxta kəşfiyyat məlumatları olduğunu” bildirərək ehtiyatlı olmağa çağırıb.
İranın xarici işlər naziri paylaşımının sonunda “Allah böyükdür, Yer üzündəki istənilən gücdən daha böyükdür. Biz Allaha güvənirik” ifadəsini işlədib.