İrana yaxın media orqanlarında ABŞ Prezidenti Donald Trumpın ailəsini hədəf aldığı iddia olunan video yayımlanıb. Paylaşılan videoda ABŞ-ın birinci xanımı Melania Trumpın tez-tez olduğu iddia edilən məkanlar və alış-veriş etdiyi irəli sürülən mağazalar göstərilib. İddialara əsasən, videonun sonunda Trampın oğlu Barron Trumpa ünvanlanan və "Bizi gözləsin" məzmununda təhdid xarakterli ifadə yer alıb.
#Təhdid İddiası
İtaliya hakimiyyəti ölkədə yaşayan iki İran vətəndaşı ilə bağlı terrorçuluq və demokratik quruluşa qarşı fəaliyyət şübhələri əsasında istintaq aparır. Araşdırma çərçivəsində onların İran müxaliflərini hədələdiyi iddia olunur. Reuters-in məlumatına görə, şübhəlilərin evlərində axtarış aparılması üçün order verilib. İstintaq materiallarında müxalif şəxslərdən birinin telefon vasitəsilə təhdid edildiyi, ona İranda edam hökmü və əmlakının müsadirəsi ilə bağlı xəbərdarlıq olunduğu qeyd edilir. Hadisə Avropada İran müxaliflərinin təhlükəsizliyi və xarici təsir iddiaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.