Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmi məlumatlandırıb

    14 İyul 2026 10:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmi məlumatlandırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başladığını rəsmi şəkildə Konqresə bildirib. O, Senat və Nümayəndələr Palatasının rəhbərlərinə ünvanladığı məktubda iyulun 7-də ABŞ Silahlı Qüvvələrinin İran ərazisində yerləşən hədəflərə "müdafiə xarakterli zərbələr" endirdiyini açıqlayıb.

    Bu, uzun fasilədən sonra ABŞ-ın İrana qarşı hücumları bərpa etməsinin ilk rəsmi təsdiqi hesab olunur və Ağ evlə Konqres arasında prezidentin qanunverici orqanın razılığı olmadan hərbi əməliyyatları davam etdirmək səlahiyyəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

    ABŞ Konqresinin hər iki palatası daha əvvəl Donald Trampın ya İrana qarşı hərbi əməliyyatları dayandırmasını, ya da onların davam etdirilməsi üçün qanunvericilərin razılığını almasını tələb edən qərar qəbul etmişdi.

    Bununla belə, Tramp administrasiyası prezidentin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Konstitusiyadan irəli gələn səlahiyyətləri çərçivəsində hərəkət etdiyini bildirir.

    1973-cü ildə qəbul edilmiş Hərbi Səlahiyyətlər haqqında Qətnaməyə əsasən, 60 günlük müddət başa çatdıqdan sonra Ağ ev hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresin razılığını almalı idi. Lakin Tramp administrasiyası həmin qanunun bu müddəalarının Konstitusiyaya zidd olduğunu müdafiə edir.

    İyunun 18-də ABŞ və İran arasında atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanmışdı. Buna baxmayaraq, iyulun 8-nə keçən gecə Vaşinqton İrana qarşı hava zərbələrini yenidən bərpa edib, Donald Tramp isə atəşkəs rejiminin başa çatdığını elan edib.

    #İran #ABŞ Konqresi #Ağ Ev #ABŞ-İran münasibətləri #ABŞ-İran gərginliyi #ABŞ hərbi əməliyyatları #ABŞ Prezidenti #ABŞ hava zərbələri #İrana hava hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.