#ABŞ Prezidenti

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başladığını rəsmi şəkildə Konqresə bildirib. O, Senat və Nümayəndələr Palatasının rəhbərlərinə ünvanladığı məktubda iyulun 7-də ABŞ Silahlı Qüvvələrinin İran ərazisində yerləşən hədəflərə "müdafiə xarakterli zərbələr" endirdiyini açıqlayıb. Bu, uzun fasilədən sonra ABŞ-ın İrana qarşı hücumları bərpa etməsinin ilk rəsmi təsdiqi hesab olunur və Ağ evlə Konqres arasında prezidentin qanunverici orqanın razılığı olmadan hərbi əməliyyatları davam etdirmək səlahiyyəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla aparılan danışıqlarda irəli sürdüyü tələblərin demək olar ki, hamısının Tehran tərəfindən qəbul edildiyini bildirib. Tramp CNBC telekanalına müsahibəsində tərəflər arasında danışıqların davam etdiyini vurğulayaraq, "Düşünürəm ki, onlar bizə lazım olan demək olar ki, bütün şərtlərlə razılaşıblar", - deyə bildirib.

ABŞ Prezidenti Donald Trampın son günlər İranla bağlı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanını nəzərdən keçirdiyi, lakin son nəticədə diplomatik danışıqların davam etdirilməsinə üstünlük verdiyi bildirilir. ABŞ rəsmilərinin verdiyi məlumata görə, Donald Tramp müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Den Keyn ilə bir sıra görüşlər keçirib. Müzakirələrin əsas mövzusu ABŞ-ın İranla danışıqları dayandıraraq genişmiqyaslı hava zərbələrini bərpa edib-etməməsi olub.

İsrail və İran arasında yenidən başlayan qarşılıqlı hücumlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Bölgədə hərbi gərginliyin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp tərəflərə açıq çağırış edərək atəşin dərhal dayandırılmasını istəyib. Trampın bəyanatı aprel ayında əldə olunmuş atəşkəsdən sonra ilk dəfə baş verən qarşılıqlı raket və hava hücumları fonunda səslənib. Son hadisələr Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən pisləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. ABŞ Prezidenti tərəfləri hərbi əməliyyatları dayandırmağa, gərginliyin genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almağa və problemlərin diplomatik yollarla həllinə üstünlük verməyə çağırıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nətanyahunun onu İrana qarşı müharibəyə yönəltdiyi iddialarını təkzib edib və hərəkətinin tamamilə öz qərarı olduğunu vurğulayıb. Tramp, İranın nüvə proqramına qarşı narahatlığının uzun müddətdən bəri mövcud olduğunu, 2015-ci il nüvə razılaşmasından çıxışını və İsrailin təhlükəsizliyi ilə bağlı öncədən düşüncələrini açıqlayıb. O, siyasi rəqiblərinin iddialarını rədd edərək bildirib ki, onlar vəziyyəti anlamayan insanlar arasındadırlar. Tramp həmçinin vurğulayıb ki, onun müdaxiləsi olmasaydı, bu gün İsrail mövcud olmazdı.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı tənqidi sualdan sonra jurnalistə sərt reaksiya verərək, onu “saxta adam” adlandırıb və yazdıqlarını “xəyanət” adlandırıb. Tramp bildirib ki, ABŞ İranda tam hərbi qələbə qazanıb və yazdıqlarını redaktorların yönləndirdiyini, jurnalistin isə özündən utanmalı olduğunu vurğulayıb.

Hizbullah İsrail və Livan arasında Vaşinqtonda keçirilən danışıqları tənqid edərək, onları davam edən hərbi əməliyyatlar fonunda “pulsuz güzəştlər” kimi qiymətləndirib.Tərəflər sonuncu dəfə aprelin 23-də Ağ Evdə görüşmüşdülər. Həmin görüşdə ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqlamış və iki ölkə arasında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirmişdi.