Bakı. AzerVoice:
II İkinci Dünya Müharibəsinə yaxın illərdə yəhudi əsilli elm adamları və sənətçilərin Almaniyada yaşaması qeyri-mümkün idi. O zaman Alman fizik Albert Eynşteynin Türkiyə Prezidenti Mustafa Kamal Atatürkə təklifi ilə Atatürk 40 yəhudi əsilli alimi Türkiyəyə dəvət etdi. İstanbul Universitetində və Ankara Dil Tarix və Coğrafiya Fakültəsində çalışan bu alimlərin digər türk alimləri ilə birlikdə Türkiyədə müasir elmin və universitetin yaranmasında böyük rolları olub.
Eynşteynin bu məsələ ilə bağlı Atatürkə yazdığı məktub o vaxtkı baş nazir İsmət İnönü və Milli Təhsil Naziri Rəşid Qalip bəyin imzaları ilə hal-hazırda Türkiyədə Cümhuriyyət Arxivində saxlanılır. Məktubda deyilir:
Atatürk həzrətləri,
Yəhudi Əhalisini Müdafiə Qrupları Birliyi (OSE) Dünya Assosiasiyasının fəxri prezidenti kimi, Zati-aliləri sizdən xahiş edirəm ki, Almaniyadan olan qırx professor və doktorun Türkiyədə elmi və tibbi təhsillərini davam etdirmələrinə icazə verəsiniz. Adı çəkilən şəxslər Almaniyada qüvvədə olan qanunlara uyğun olaraq öz peşələri ilə məşğul ola bilməzlər. Geniş təcrübə, bilik və akademik nailiyyətlərə malik olan bu şəxslərin bir çoxu yeni ölkədə yaşasalar son dərəcə faydalı işlər görə bilərlər.
Ölkənizdə məskunlaşmaq və vəzifələrini davam etdirmək üçün icazəniz üçün müraciət etdiyimiz bu 40 nəfər təcrübəli ekspert və akademiklər birliyimizə edilən çoxsaylı müraciətlər arasından seçilib. Bu alimlər hökumətinizin göstərişi ilə heç bir qarşılıq gözləmədən bir il ölkənizin hər hansı qurumunda işləmək istəyirlər.
Zati-alilərinin sadiq xidmətçisi olmaqdan şərəf duyan,
prof. Albert Eynşteyn.
Ləman Əsədli
Twitter: lamanasadli01