Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tutanxamon Misir tarixinin ən gənc hökmdarlarından biri hesab olunur. O, cəmi 9 yaşında taxta çıxmış, 18 yaşında isə müəmmalı şəkildə dünyasını dəyişmişdir. Onun hakimiyyətinin e.ə. 1332–1323-cü illəri əhatə etdiyi düşünülür.

    Atası Axenatenin vəfatından sonra Tutanxamon ögey bacısı Anxesenamen ilə evlənərək hakimiyyətə gəlmişdi. Onun səltənətinin ilk illərində ölkədə mühüm dini dəyişiklik baş verdi: Misir yenidən qədim çoxallahlı inanc sisteminə qayıtdı. Bu prosesin simvolik göstəricisi kimi gənc firon öz adını Tutanxatondan Tutanxamona dəyişdi.

    Siyasi kukla iddiaları

    Tarixçilərə görə, o çox gənc olduğundan real hakimiyyət saray müşaviri Ay tərəfindən idarə olunurdu. Ay, Axenatenin tətbiq etdiyi təkallahlılıq dini islahatlarını geri çevirmək, məbədləri yenidən qədim tanrılara açmaq üçün gənc kraldan sadəcə bir vasitə kimi istifadə etmişdi.

    Müəmmalı ölüm - xəstəlik, qəzam, sui-qəsd

    Tutanxamonun qəfil ölümü hələ də ən böyük tarixi sirlələrdən biri sayılır. Onun ölümü ilə bağlı çoxsaylı versiyalar mövcuddur:

    Malyariya

    Qanqrena ilə nəticələnən sınmış ayaq

    Döyüş arabası qəzasi

    Suayğırının hücumu

    Saray daxilində sui-qəsd

    Qohum nikahından yaranan genetik xəstəliklər

    Mumiyaya aparılan son tədqiqatlar göstərib ki, Tutanxamonun çanağı qadın çanağı qədər geniş idi, ayaq əyriliyi səbəbilə bir ayağını tam yerə basa bilmirdi və diş strukturu da problemli idi. Onun qabırğalarında qırıq izlərinin olması bəzi alimlərə görə, ov zamanı suayğırının zərbəsi ilə əlaqəli ola bilər. Həmçinin, mumiyanın tələsik dəfn olunduğuna dair elmi dəlillər var.

    Sirrli xəncər - meteorit dəmirindən

    Fironun məzarı çox zəngin artefaktlarla dolu idi. Lakin alimləri ən çox heyrətləndirən, meteorit dəmirindən hazırlanmış xəncər oldu. Misirdə dəmir mənbələri çox olsa da, belə qeyri-adi materialın seçilməsi bu gün də sirlidir.

    Fironun mənşəyinə dair genetik tapıntı

    2010-cu ildə Tutanxamonun DNT analizi aparılıb və bir çox şübhələri təsdiqlədi: onun valideynlərinin bacı-qardaş olduğu müəyyənləşdi. Bu fakt gənc kralda genetik problemlərin yaranmasına səbəb ola bilərdi.

    Tutanxamonun sağlığında tarixi nailiyyətləri çox deyildi. Lakin onun toxunulmamış, zəngin məzarı sayəsində Misir mədəniyyətinə töhfəsi digər fironlardan qat-qat böyük oldu. Arxeoloji tapıntılar sayəsində dünyanın qədim Misirə dair təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndi.

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı
    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı
    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı
    #Misir #Qədim Misir #Misir-İtaliya #Bunu bilirsinizmi? #Misir geyim tarixi #Misir çılpaq modası #Misir neft naziri Karim Bədavi #Misir sivilizasiyası #Misir tarixi #Qədim Misir tarixi #Misir qadınlarının sosial rolu #Misir qadınları və ailə həyatı #Qədim Misir cəmiyyəti #Qədim Misir ailə modeli #Tutanxamon #Anxesenamen
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    2 Sentyabr 2026 11:46

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    28 Avqust 2026 21:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Misir və Rusiya xarici işlər nazirləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

    27 Avqust 2026 18:10

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    22 Avqust 2026 20:32
    XƏBƏR LENTİ

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.