Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Əmir Teymur anadan oldu

    9 Aprel 2026 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Əmir Teymur anadan oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Bu gün Orta Asiya, Yaxın Şərq və Qafqazın taleyini dəyişən, Teymurilər imperiyasının banisi, böyük sərkərdə Əmir Teymurun doğum günüdür.

    1336-cı ilin 9 aprelində Keş (indiki Şəhrisəbz) şəhəri yaxınlığında dünyaya gələn Teymur ibn Tarağay Barlas, dünya hərb tarixinə məğlubedilməz sərkərdə və dövlət xadimi kimi düşüb. "Dəmir" mənasını verən adı ilə tarixin gedişatına yön verən bu şəxsiyyət, Hindistandan Rusiyaya, Çindən Anadoluya qədər uzanan nəhəng bir imperiya qura bilmişdir.

    Əmir Teymur 1370-ci ildə rəsmən Əmir titulunu götürərək Mavəraünnəhrdə hakimiyyətə gəlib. Çingiz xanın soyundan olmadığı üçün "Xan" deyil, "Əmir" titulu ilə kifayətlənsə də, Çingizli şahzadəsi Saray Mülk xanımla evlənərək "Gürkan" (Xan kürəkəni) titulunu daşımışdır. O, həyatı boyu keçirdiyi heç bir döyüşdə məğlub olmaması ilə hərb tarixinə möhür vurub.

    Teymur yalnız fateh deyil, həm də sənət və elmin hamisi idi. Paytaxt Səmərqəndin çiçəklənməsi üçün fəth etdiyi torpaqlardan ən yaxşı memarları, rəssamları və alimləri bura toplamışdı. Məşhur tarixçi İbn Xəldunla apardığı elmi söhbətlər onun dərin intellektual bazasından xəbər verir. Səmərqənddəki məşhur memarlıq abidələri bu gün də "Teymuri İntibahı"nın şahidi kimi dayanmaqdadır.

    Əmir Teymurun yürüşləri Azərbaycan tarixinin də mühüm bir dövrünü təşkil edir. Onun Şirvanşah I İbrahimlə qurduğu diplomatik ittifaq və Qarabağı qış iqamətgahı kimi seçməsi bölgənin siyasi həyatında həlledici rol oynamışdır. 1402-ci ildə Ankara döyüşündə qalib gəlməsi isə dünya geosiyasi xəritəsini yenidən formalaşdırmışdır.

    #Səmərqənd #Çingiz Xan #ibn Xəldun #Əmir Teymur #Əmir Teymurun anadan olduğu tarix #Mavəraünnəhr #Əmir titulu #Teymur ibn Tarağay Barlas #Çingizli şahzadəsi Saray Mülk xanım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Bursanın talanından İzmirin fəthinə - Ankara döyüşünün Anadoludakı ağır nəticələri

    14 İyun 2026 11:00

    Kapıkulu sisteminin təməli - Yeniçərilər necə yarandı?

    24 May 2026 06:05

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

    10 Aprel 2026 17:14

    Tarixi dəyişən gün - Afrikanın ilk məscidindən ərəb neft silahına qədər - Ramazan xronologiyası

    14 Mart 2026 05:30

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    14 Dekabr 2025 23:00

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    10 Noyabr 2025 12:40

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    9 Noyabr 2025 22:00

    Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu

    5 Noyabr 2025 14:13

    Türk Mədəniyyəti və İrsi Fondu YUNESKO sessiyasında iki böyük layihəni təqdim edir

    3 Noyabr 2025 11:59

    İranla diplomatik əlaqələr vacibdir - Slovakiya

    31 Oktyabr 2025 12:45

    Ceyhun Bayramov UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir

    30 Oktyabr 2025 22:14
    XƏBƏR LENTİ

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.