Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrail İordan çayının qərb sahilində 22 yeni yaşayış məntəqəsi inşa edəcək

    29 May 2025 13:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail İordan çayının qərb sahilində 22 yeni yaşayış məntəqəsi inşa edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail bu gün İordan çayının qərb sahilində 22 yeni yaşayış məntəqəsi inşa etmək niyyətindədir.

    AzerVoice-un məlumatına görə, bu təşəbbüs yeni yaşayış məntəqələrinin tikintisini və icazəsiz salınmış məntəqələrin rəsmi şəkildə tanınmasını əhatə edəcək.

    Bu qərarın İsrailin Yəhuda və Şomron üzərində nəzarətini gücləndirdiyini qeyd edən İsrailin müdafiə naziri İsrael Katz (o, bu adlarla Tövratda İordan çayının qərb sahilinə istinad edir - red.) bildirib: “Bu addım İsrail torpağındakı tarixi haqqımızı möhkəmləndirir və fələstinli terrorizminə verilmiş sarsıdıcı cavabdır.”

    Kats həmçinin bildirib ki, bu qərar İsrail üçün təhlükə yarada biləcək Fələstin dövlətinin qurulmasının qarşısını almağa yönəlmiş strateji addımdır.

    Qeyd edək ki, İsrail 1967-ci ildəki müharibə zamanı İordan çayının qərb sahilini işğal edib. Fələstinlilər isə bu ərazini gələcək dövlətlərinin əsas hissəsi kimi görürlər.

    Əlavə edək ki, İsrail hal-hazırda bölgədə 100-dən çox yaşayış məntəqəsi salıb. Burada təxminən 500 min israilli məskunlaşıb. Bu yaşayış yerləri arasında təpələrin zirvəsində salınmış kiçik binalardan tutmuş, çoxmərtəbəli yaşayış kompleksləri, ticarət mərkəzləri, fabriklər və ictimai parklar yerləşən inkişaf etmiş yaşayış sahələri də var.

    Məlumat üçün bildirək ki, İordan çayının qərb sahilində hazırda təxminən 3 milyon fələstinli yaşayır və bu ərazi İsrailin hərbi nəzarəti altında saxlanılır. Qərb ölkələrinin dəstəklədiyi Fələstin Muxtariyyəti bu bölgədəki əhalinin əsas mərkəzlərini idarə edir. Yaşayış məntəqələrində məskunlaşanlar isə İsrail vətəndaşlığı daşıyır.

    Həmçinin qeyd edək ki, İsrail son illərdə, xüsusilə 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən başladılan və Qəzza müharibəsinə səbəb olan hücumdan əvvəl də yaşayış məntəqələrinin inşasını sürətləndirmişdi.

    #İsrail #Fələstin #İordan çayının qərb sahili #İsrael Katz #yaşayış zonası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25
    XƏBƏR LENTİ

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    Çin rəsmisi Van Huning Tibetdə sabitlik və etnik birliyi gücləndirməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.