Bakı. AzerVoice:
Qəzzada İsrail tərəfindən öldürülən BMT əməkdaşlarının sayı 158-ə yüksəlib.
AzerVoice-un məlumatına görə, İsrailin dörd aydan artıqdır ki, hücumlarını həyata keçirdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatı əməkdaşlarının sayı 158-ə yüksəlib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) tərəfindən edilən açıqlamada, İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə qarşı artırdığı hava hücumlarının qarşısını alacağından narahatlıqların olduğu bildirilib.
Açıqlamada, İsrailin hücumlarından qaçaraq didərgin düşmüş fələstinlilərin sığındığı Rəfah əhalisinin təqribən 1,5 milyon olduğu və bu rəqəmin 7 oktyabr 2023-cü il tarixinə nisbətən təxminən altı dəfə çox olduğu bildirilib. Qəzzaya çatdırılan humanitar yardım maşınları gündəlik hədəf olan 500-dən xeyli aşağı olub. Salim və Rəfah Sərhəd Qapılarında humanitar yardımın gətirilməsində ciddi çətinliklərin olduğu qeyd edilib.
Açıqlamada oktyabrın 7-dən Qəzza zolağında öldürülən UNRWA işçilərinin sayının fevralın 15-dən etibarən 158-ə yüksəldiyi bildirilib və son üç həftədə Xan Yunus və ətraflarında şiddətlənən qarşıdurmaların olduğu vurğulanıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_