Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir

    17 Mart 2026 18:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.

    VOA Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini Orxan Zeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycan tərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat” ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və “Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

    Nazir müavini Orxan Zeynalov iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də energetika sahəsində inkişaf etməkdə olan əməkdaşlığı vurğulayıb. 15 fevral 2026-cı il tarixində Belqradda Azərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmiş Strateji Tərəfdaşlıq Şurasının iclasının bu əməkdaşlığın genişlənməsinə töhfə verdiyi qeyd edilib.

    Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibi Sonya Vlahoviç Azərbaycan və Serbiya arasında imzalanmış memorandum və sazişlərlə iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyə çatdığını vurğulayıb.

    İclas zamanı neft və qaz sektoru, energetika infrastrukturu, elektrik enerjisi istehsalı və enerji səmərəliliyi istiqamətlərində geniş müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükünün həm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. Həmçinin Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasının tikintisi üzrə birgə layihə, eyni zamanda istilik təchizatı, yaşıl enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

    Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir
    Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft, qaz və yaşıl enerji gündəmdədir
    #Bakı #Azərbaycan və Serbiya enerji əməkdaşlığında yeni mərhələyə qədəm qoyur #AzerVoice: Birgə İşçi Qrupun ilk iclasında Niş şəhərində elektrik stansiyasının tikintisi müzakirə edilib #Orxan Zeynalov: Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə töhfə verir #Azərbaycan-Serbiya Enerji İşçi Qrupu: Neft #qaz və yaşıl enerji gündəmdədir #Belqrad görüşündən sonrakı addımlar: Energetika Nazirliyində mühüm iclas #Serbiya və Azərbaycan strateji enerji layihələrini genişləndirir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

    14 İyul 2026 21:57

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

    6 İyul 2026 17:41

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

    1 İyul 2026 16:50

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47

    Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb

    24 İyun 2026 20:21

    İslam dünyasında vahid mövqe vacibdir-İraq

    24 İyun 2026 19:32

    Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.