Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    28 Yanvar 2026 21:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın prioritetləri və regional layihələr müzakirə edilib.

    AzerVoice xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

    Bildirilib ki, ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr təbii qaz tədarük edilib. Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və digər mühüm istiqamətlər Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda əksini tapır və bu sənəd ikitərəfli münasibətlərin əsasını təşkil edir.

    Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları da müzakirə edilib. Azərbaycanla Avropa arasında Qara dəniz üzərindən, habelə Naxçıvan və Gürcüstan marşrutları üzrə planlaşdırılan layihələrdən bəhs olunub. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026–2036-cı illəri əhatə edən Şəbəkə İnkişaf Planına daxil edilməsi və “Ortaq Maraqlar Layihəsi” statusunun əldə olunması imkanları üzrə fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni birləşdirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən strateji enerji dəhlizi kimi əhəmiyyəti vurğulanıb.

    Söhbət zamanı günəş və külək enerjisi daxil olmaqla bərpa olunan enerji layihələri üzrə Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib, Azərbaycan–Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

    #Energetika Nazirliyində Azərbaycan–Aİ enerji tərəfdaşlığı müzakirə edilib #Azərbaycan qazının Avropaya tədarükü və yaşıl enerji layihələri gündəmdədir #Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır #Azərbaycan–Aİ arasında yeni enerji bağlantıları planlaşdırılır #Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə müzakirələr aparılıb #Avropa Komissiyası ilə enerji əməkdaşlığının prioritetləri dəyərləndirilib #Azerbaycan ile AB arasında enerji iş birliği görüşü #Güney Gaz Koridoru Avrupa enerji güvenliğinde kilit rol oynuyor #Azerbaycan gazının Avrupa’ya arzı genişliyor #Yeşil enerji projeleri Azerbaycan-AB gündeminde #Karadeniz üzerinden enerji bağlantıları tartışıldı #Enerji alanında stratejik ortaklık güçleniyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan nefti ucuzlaşdı

    5 İyun 2026 09:59

    Azərbaycan nefti bahalaşdı

    16 May 2026 10:07

    Bazar həftədə 100 milyon barel neft itirə bilər - Saudi Aramco

    11 May 2026 20:12

    Azərbaycan nefti ucuzlaşıb

    1 May 2026 10:10

    BƏƏ OPEC-dən ayrılır - Əbu-Dabi niyə kvota sistemindən imtina etdi?

    30 Aprel 2026 09:00

    Bakı və Dublin arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    22 Aprel 2026 16:50

    Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir

    20 Aprel 2026 16:19

    İranla qaz müqaviləsi yaxın vaxtlarda başa çatır, hələlik uzadılması barədə danışıqlar yoxdur - Türkiyə

    20 Aprel 2026 00:07

    Azərbaycan nefti ucuzlaşdı

    18 Aprel 2026 09:42

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.