#Energetika Nazirliyində Azərbaycan–Aİ enerji tərəfdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.