Redaktorun Seçimi

Pakistanın müdafiə istehsalı naziri Rza Həyat Hərəc bildirib ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə təxminən bir il davam edən danışıqlardan sonra üçtərəfli müdafiə sazişinin layihəsini hazırlayıblar. Bu, son iki ildə bölgədə zorakılığın artması fonunda mümkün təhlükələrə qarşı möhkəmlənmək cəhdinin göstəricisi kimi qiymətləndirilir.

2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.

1842-ci il yanvarın 13-də Britaniya ordusunun hərbi həkimi William Bryden Əfqanıstanın Cəlalabad şəhərində yerləşən Britaniya gözətçi postuna çatdı. O, Kabildən geri çəkilən 16 min nəfərlik ingilis–hind ekspedisiya qüvvəsindən sağ qalan yeganə şəxs idi. Bryden Xeybər keçidi ərazisində baş verən dəhşətli qətliamdan danışaraq bildirdi ki, əfqan döyüşçüləri məğlub olmuş qoşunlara və onlarla birlikdə hərəkət edən düşərgə sakinlərinə heç bir aman verməyiblər.

1129-cu il yanvarın 13-də Fransanın Trua şəhərində keçirilən Trua Kilsə Şurası zamanı Papa Honorius II hərbi-dini təşkilat kimi tanınan Tampliyer Cəngavərlərinə rəsmi olaraq tanıdıvə onları “Tanrının ordusu” elan etdi. Fransız əsilli Hyuq de Payenin rəhbərliyi ilə Tampliyer təşkilatı 1118-ci ildə yaradılmışdı. Təşkilatın özünə qoyduğu əsas missiya Xaç yürüşləri dövründə Müqəddəs Torpaqlara gedib-gələn xristian zəvvarları qorumaq idi. Bu yürüşlər müsəlmanların nəzarətində olan Fələstin torpaqlarına qarşı aparılan hərbi ekspedisiyalardan ibarət idi.

Livanda Şiə İslam Şurasının mərhum sədri, din xadimi Şeyx Məhəmməd Mehdi Şəmsəddin 1967-ci ildə tələbələri ilə danışığı uzun illərdən sonra yayınlanıb. “Əş-Şərq əl-Əvsət” qəzetinin yayınladığı məqalədə Şeyx Məhəmməd Mehdi Şəmsəddin şiə müsəlmanların İrana deyil, yalnız öz ölkələrinə bağlı olmaları tövsiyyə olunmaqla yanaşı, İranın şiə müsəlmanlara yönəlik siyasəti də tənqid edir. Mətnin tam variantı mərhum alimin oğlu İbrahim Məhəmməd Mehdi Şəmsəddin tərəfindən “Livan şiələri və ərəb şiələri – başqaları ilə münasibət və özünlə münasibət” adlı kitabda nəşr olunacaq. “Əş-Şərq əl-Əvsət” bu dialoqu Şəmsəddinin vəfatının 25-ci ildönümü münasibətilə yayımlayıb.

1299-cu ildə oğuzların qayı boyuna mənsub Osman bəy tərəfindən əsası qoyulan Osmanlı dövləti yeddi əsrdən artıq müddətdə geniş coğrafiyaya yayılan imperiya kimi tarixə düşüb. 1453-cü ildə Fatih Sultan Mehmedin Konstantinopolu fəth etməsi Bizans imperiyasına son qoyaraq Osmanlı tarixində dönüş nöqtəsi yaradıb. XVII əsrə gəldikdə isə imperiya artıq üç qitəni əhatə edirdi.

Əvvəlcə qeyd edək ki, Hz. Peyğəmbərimizin (s.ə.s.) Çin ölkəsinə elçi göndərdiyinə dair etibarlı bir rəvayət mövcud deyil. Bu cür məlumatların Hz. Osman (r.a.) dövrünə aid olması ehtimal edilir. İslamdan əvvəlki dövrdə ərəblərlə çinlilər arasında ticarət mərkəzli münasibətlərin mövcud olduğu bilinsə də, İslam mənbələri bu əlaqələrin Hz. Peyğəmbərin (s.ə.s.) dövründə rəsmi səviyyəyə çatmadığını göstərir. Belə ki, Hz. Peyğəmbər müsəlmanlarla müşriklər arasında imzalanmış Hudeybiyə müqaviləsindən sonra, hicrətin altıncı ilinə, yəni miladi 628-ci ilə təsadüf edən dövrdə Bizans, Misir, Şam və Sasani İmperiyası başda olmaqla, qonşu və yaxın səkkiz ölkənin hökmdar və rəhbərlərinə İslama dəvət məqsədilə elçilər göndərmişdir.

Osmanlı dövlətinin banisi Osman Qazi, atası Ərtoğrul Qazinin kiçik oğlu olmasına baxmayaraq, tayfa daxilində ciddi müqavimətlə üzləşmədən hakimiyyətə gəldi. Tarixi mənbələrə görə, böyük qardaşlarının bu qərara açıq etiraz etməməsi Osman Qazinin liderliyini möhkəmləndirdi və sülalə daxilində erkən mərhələdə parçalanmanın qarşısını aldı. Lakin XIII əsrin sonlarında, xüsusilə 1288–1299-cu illər arasında Osman Qazinin siyasi və hərbi strategiyasında ciddi dəyişikliklər baş verdi. O, tayfa xarakterli idarəçilikdən çıxaraq, sistemli fəth siyasətinə keçidi hədəflədi. Bu strategiya Bizans sərhədlərinə yönəlmiş hücumları, qalaların fəthini və daimi müharibə vəziyyətini ehtiva edirdi.

İstanbul Universiteti, 1453-cü ildə İstanbulun fəthindən sonra Osmanlı İmperatorluğu tərəfindən təsis edilmişdir. Universitet, dünyadakı ən qədim təhsil müəssisələrindən biridir və təhsil həyatına 1453-cü ildə İstanbulda, Bizans İmperiyasının ən mühüm təhsil mərkəzlərindən biri olan Quran Mədrəsəsi və Əcəmi Mədrəsəsi'nin təhsil ənənələrinə dayanaraq başlamışdır. Bu köklü təhsil ocağı, zamanla Avropa təhsil sisteminin təsiri altında müasir təhsil prinsiplərini tətbiq etməyə başlamışdır. Universitetin əsas kampusu, İstanbulun Beyazıt rayonunda yerləşir və şəhərin mərkəzinə yaxın olması ilə tələbələr üçün əlverişlidir.

Birləşmiş Ərəb Əmirlikləri son onillikdə terror və zorakı ekstremizmlə mübarizədə Yaxın Şərq üçün alternativ və sistemli model formalaşdıran nadir dövlətlərdən biri kimi çıxış edir. Əmirliklərin yanaşması klassik təhlükəsizlik və hərbi tədbirlərlə məhdudlaşmır; əksinə, ideoloji, sosial və institusional müstəviləri eyni vaxtda əhatə edən çoxqatlı strategiyaya əsaslanır.