Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarır – Nazir müavini

    23 Dekabr 2025 13:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarır – Nazir müavini
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

    Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, su resurslarına artan təzyiq, ərzaq bazarlarında geosiyasi çağırışlar aqrar sektoru bütün ölkələr üçün strateji əhəmiyyətli sahəyə çevirib: "Mövcud qlobal çağırışlar göstərdi ki, qida təminatı artıq ayrı-ayrı ölkələrin deyil, strateji tərəfdaşların gücü ilə qorunur. Bu baxımdan Azərbaycan və Türkiyə aqrar əməkdaşlığı regional səviyyədə risklərin birgə idarə olunması modelinə çevrilə biləcək böyük potensiala malikdir".

    Nazir müavini qeyd edib ki, Türkiyənin aqrar texnologiyalar, emal sənayesi, logistika, standartlaşdırma və idarəetmə sahəsindəki təcrübəsi Azərbaycanın torpaq, istehsal və ixrac potensialı ilə birləşdikdə region üçün güclü sinerji yaranır: "Biz istehsal, emal, logistika və bazar zəncirinə ayrı-ayrı mərhələlər kimi deyil, bütöv aqrar ekosistem kimi baxırıq. Məqsəd yalnız ticarət həcmini artırmaq deyil, birgə dəyər yaratmaq, texnologiya transferini sürətləndirmək və ixracyönümlü, dayanıqlı aqrar model formalaşdırmaqdır".

    Panel müzakirəsində iştirak edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat isə deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar inkişaf layihələri Azərbaycan–Türkiyə əməkdaşlığı üçün yeni imkanlar yaradır və regional qida təhlükəsizliyinə mühüm töhfə vermək potensialına malikdir.

    Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, artan əhali və ərzaq tələbatı fonunda kənd təsərrüfatı artıq yalnız istehsal sahəsi deyil, strateji əhəmiyyət daşıyan sektor kimi çıxış edir: "Bu baxımdan Azərbaycan və Türkiyənin ortaq məqsədləri və birgə baxışı mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan aqroparklar, müasir istehsal sahələri və logistika mərkəzləri təkcə ölkənin milli inkişafına deyil, eyni zamanda regionun ərzaq təhlükəsizliyinə xidmət edəcək. Bu ərazilərdə formalaşdırılan aqrar infrastruktur Türkiyənin texnoloji, institusional və idarəetmə təcrübəsi ilə birləşdikdə hər iki ölkə üçün qazan-qazan prinsipi əsasında nümunəvi əməkdaşlıq modeli yarana bilər".

    A.Polat əlavə edib ki, Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində texnologiya və bilik mübadiləsi, birgə elmi-tədqiqat fəaliyyətləri, bitkiçilik və heyvandarlıq, su idarəçiliyi, iqlim dəyişikliklərinə uyğun istehsal modelləri üzrə mühüm irəliləyişlər əldə olunub. Nazir müavini vurğulayıb ki, tərəflər aqrar sahədə rəqəmsallaşma, süni intellekt tətbiqləri, iqlimə davamlı toxumların hazırlanması, su səmərəliliyinin artırılması və logistika–ixrac infrastrukturunun gücləndirilməsini gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirib.

    #II Azərbaycan-Türkiyə İnvestisiya Forumu #İlhamə Qədimova #Abdulkadir Polat #Qarabağ və Şərqi Zəngəzur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TÜİB-in yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünlə görüşüb

    25 Avqust 2026 18:20

    Küveyt Neft Şirkəti kibertəhlükəsizlik xidmətləri üzrə tender elan edib

    25 Avqust 2026 15:55

    Ciddə İslam Limanında 434 milyon dollarlıq nəhəng layihə - Yeni dördüncü terminal qurulur

    25 Avqust 2026 13:28

    WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

    19 May 2026 18:00

    Prezident İlham Əliyevin enerji strategiyasına həsr olunan “NUR ZƏFƏRİ” filmi təqdim olunub

    24 Dekabr 2025 11:27

    Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək - Abdulkadir Polat

    23 Dekabr 2025 13:35

    Haqsız rəqabət üzrə şikayətlərin əsas hissəsi kənd təsərrüfatı ilə bağlıdır - Cəfər Babayev

    23 Dekabr 2025 13:32

    Ömer Bolat: Azərbaycan investorları Türkiyə üzərindən Afrika, Yaxın Şərq və Aİ bazarlarına çıxış imkanlarını genişləndirir

    23 Dekabr 2025 11:50

    AZPROMO: Türkiyə şirkətləri üçün Azərbaycanın xüsusi iqtisadi zonalarına və logistika mərkəzlərinə səfərlər təşkil ediləcək

    23 Dekabr 2025 11:42

    SOCAR Türkiyənin enerji şirkəti ilə saziş imzaladı

    23 Dekabr 2025 11:33

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    18 Dekabr 2025 00:12
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.