2025-ci ilin yanvar-noyabr ayında Türkiyənin Gemlik limanı 3 min 182 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 855, digər ölkələrin bayraqları altında üzən 2 min 327 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
İqtisadiyyat
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq, 35 milyon 311 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalaraq, 2 milyon 808 min 72 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
Türkiyə və Azərbaycan arasında 12-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) Protokolü imzalanıb. Protokol çərçivəsində 110 maddəlik Eylem Planı da təsdiqlənib və bu plan ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əsas istiqamətləri müəyyən edir. Nazir həmçinin qeyd edib ki, Azərbaycan təbii resurslar baxımından strateji əhəmiyyətə malikdir və enerji qiymətlərindəki dəyişikliklər gələcək ticarət balansına müsbət təsir göstərəcək. Ötən il Türkiyə–Azərbaycan arasında ticarət həcmi 8 milyard dollara çatıb. Bu göstərici, Qazaxıstanla birlikdə Türk Dövlətləri arasında əldə edilmiş ən yüksək ticarət həcmidir. Nazir Bolat əlavə edib ki, mövcud dalğalanmalar konjonktür xarakterlidir və keçicidir, yaxın gələcəkdə enerji bazarındakı dəyişikliklər ticarət əlaqələrini daha da gücləndirəcək.
Türkiyə Prezidentinin Müavini Cevdet Yılmaz, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb. Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.
2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Tekirdağ limanı 22 milyon 708 min 85 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən 1 milyon 901 min 611 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 20 milyon 806 min 474 ton yük daşınıb. 2025 - ci ilin yanvar - noyabr aylarında Tekirdağ limanından tranzit 15 milyon 963 min 935 ton yük aşırılıb. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 37 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.
28 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri Türkiyə investorlarının bölgəyə marağını ciddi şəkildə artırıb. Onun sözlərinə görə, bölgə təkcə tikinti sahəsi ilə deyil, həm də turizm və kənd təsərrüfatı potensialı ilə diqqət mərkəzindədir.
Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat AzerVoice-a eksklüziv açıqlamasında bildirib ki, Qarabağ Zəfərindən sonra yaranan yeni geosiyasi reallıq Orta Dəhlizi dünyanın ən strateji logistika xəttinə çevirib. Onun sözlərinə görə, bu proses ən çox Azərbaycan və Türkiyənin iqtisadi gücünə təsir göstərir. Böyükfırat vurğulayıb ki, qlobal tədarük zəncirindəki çətinliklər, Asiya–Avropa marşrutlarında yaşanan gecikmələr və logistikanın daralması Orta Dəhlizi daha da ön plana çıxarıb:
Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın xüsusilə bərpa edilmiş və yenidən istehsala cəlb olunan ərazilərdə formalaşdırdığı aqrar inkişaf vizyonu əməkdaşlığa əlavə dinamika qazandırır
Haqsız rəqabət üzrə şikayətlərin əsas hissəsi kənd təsərrüfatı ilə bağlıdır.AzerVoice xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri Cəfər Babayev bildirib.