İqtisadiyyat

2026-ci ilin yanvar ayında Türkiyədən Türkmənistana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,1 faiz artaraq, 3 milyon 560 min 27 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2025-ci ildə qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib.

2026-ci ilin yanvar ayında Türkiyədən Çinə xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq, 847 min 67 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 206 milyon 372 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 2 milyard 815 milyon 252 min dollar məbləğində xalça ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,04 faiz artaraq, 146 min 758 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 143 min 817 nəfər, beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 2 min 941 nəfər təşkil edib. 2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq min 494 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, min 422 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 dəfə artaraq, 73 ton təşkil edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

18 və 19 fevral 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

2026-cı ilin yanvar ayında BƏƏ-dən Türk limanlarına 29 min 191 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər BƏƏ-dən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar ayında BƏƏ-dən yədən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 18 min 90 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Kayseri Su və Kanalizasiya İdarəsi (KASKİ) içməli su infrastrukturu üçün transformator, SCADA elektrik avadanlığı, generator, elektrik kabelləri, elektrik xırdavatı və tezlik çeviricilərinin satın alınması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avadanlıqların təhvil yeri KASKİ Germiraltı Təsisləri kimi müəyyən olunub. Müqavilə imzalanan gün işə başlanma tarixi hesab ediləcək.