2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq, 342 min 88 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 1 milyard 425 milyon 447 min dollar məbləğində dəri məhsulları ixrac edib.
İqtisadiyyat
2026-ci ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 daşınmaz əmlak satın alıblar ki, bu da 2025-ci ilin ilin eyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyədə 111 min 480 mənzil satın alınıb ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,7 faiz azdır. 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara min 306 mənzil satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azdır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
2026-ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 317 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ambarlı limanı Türkiyə bayrağı altında üzən 142, digər ölkələrin bayraqları altında üzən 175 gəmi qəbul edib. Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.
19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2596024706 dövlət qeydiyyat nömrəli 10,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
2026-cı ilin 11-14 fevral tarixində Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində, həmçinin İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə 14-17 fevral tarixində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində və Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
2026-ci ilin yanvar ayında Türkiyədən İraqa sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq, 7 milyon 844 min 1 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 317 milyon 552 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 4 milyard 499 milyon 565 min dollar məbləğində sement ixrac edib.
Yanvar ayının sosial göstəriciləri
Bu ilin yanvar ayında Türkiyə limanlarından 2 milyon 77 min 801 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 177 min 919 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 899 min 882 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.
bp Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan "Turan Drilling & Engineering Company" MMC ilə müqavilənin yeniləndiyini elan edib.
Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində keçiriləcəkdir.