Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr

    18 Fevral 2026 11:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

    AzerVoice xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2025-ci ildə qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib.

    Bizneslərin texnoloji və dayanıqlı transformasiyasına dəstək. 2025-ci ildə Sənaye 4.0-a keçidi nəzərdə tutan “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” Proqramına start verilib. Proqrama müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq hər bir müəssisənin spesifik ehtiyacları nəzərə alınmaqla texnoloji transformasiya üzrə fərdi yol xəritələri hazırlanır. Daha əvvəl proqramın pilot mərhələsini uğurla başa vurmuş “METAK”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiyasına dəstək göstərilib. Hazırda həmin müəssisələr onlar üçün hazırlanmış yol xəritəsini icra edirlər. Proqramın müəssisələrdə 5-8% arasında EBİTDA artımı yaradacağı gözlənilir.

    2025-ci il ərzində sənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarında fəaliyyət göstərən daha 15 müəssisədə diaqnostika prosesi tamamlanıb və yerli və beynəlxalq tərəfdaşlarla birgə bu müəssisələr üçün yol xəritələri hazırlanıb. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi təqdim olunacaq.

    Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və resurslardan daha səmərəli istifadə kimi mühüm üstünlüklər qazandırır. Bu yanaşma müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradır. 2030-cu ilə qədər 60-dan çox yerli müəssisənin rəqəmsal və dayanıqlı transformasiya prosesinə cəlb edilməsi hədəflənir. Proqramda iştirak tamamilə ödənişsizdir və sənaye müəssisələri industry4.az platforması vasitəsilə proqram barədə məlumat əldə edə bilərlər.

    İnsan kapitalının inkişafı. 4SİM 2025-ci ildə rəqəmsal iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə insan kapitalının inkişafına yönəlmiş layihələr həyata keçirib. 2023-cü ildə başlayan “4Sİ Akademiyası” çərçivəsində vətəndaşlarımız dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanmaq imkanı əldə edib. Bu günədək 60 mindən artıq Azərbaycan vətəndaşı platformada süni intellekt, proqramlaşdırma, data analitikası və digər müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. Vətəndaşlar “Coursera” onlayn təhsil platformasında 260 mindən çox təlimə müraciət ediblər. Təlimləri uğurla keçənlər 90 mindən çox beynəlxalq sertifikat alıblar.

    “4Sİ Akademiyası” çərçivəsində 2025-ci ilin aprel ayından start götürən “Milli Proqram” rəqəmsal bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsi, həmçinin iştirakçılara öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradıb. Azərbaycan vətəndaşları “Coursera” platformasında yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq dünyanın 375-dən çox aparıcı universitet və texnologiya şirkətlərinin 13 mindən çox təliminə ödənişsiz çıxış əldə edib. 2026-cı ildən bu kursların sayı 18 minə çatdırılıb. İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı “deep fake” texnologiyası ilə dublyaj olunub. Eyni zamanda, “Milli Proqram”ın interfeysi “Coursera” platformasında Azərbaycan dilində istifadəyə verilib.

    Proqram ölkənin bütün regionlarını əhatə edir, 2026-cı ilin aprel ayınadək ümumilikdə 70 min vətəndaşın proqramdan faydalanması nəzərdə tutulub. İstifadəçilərin əsas hissəsi 21-30 yaş arasında olsa da, proqram müxtəlif yaş qruplarını əhatə edib. Belə ki, proqramın ən gənc iştirakçısı 8, ən yaşlı iştirakçısı isə 87 yaşındadır. Eyni zamanda, proqram istifadəçilərinin 56%-ni qadınlar təşkil edir.

    İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən digər mühüm təşəbbüs 4SİM tərəfindən icra olunan təcrübə proqramlarıdır. Ötən il 5 belə təcrübə proqramı çərçivəsində 500-dən artıq gənc rəqəmsal iqtisadiyyat, layihələrin idarəolunması, data analitikası, süni intellekt və digər qabaqcıl texnoloji sahələr üzrə müxtəlif layihələrdə iş təcrübəsi qazanıb. Proqram iştirakçıları əldə etdikləri praktiki bacarıqlar sayəsində əmək bazarında rəqabət qabiliyyətlərini artırıblar.

    Beynəlxalq əməkdaşlıq. 4SİM insan resurslarının inkişafı sahəsində ötən il daha bir layihənin icrasına start verib. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi çərçivəsində ölkənin əmək bazarında mövcud bacarıq boşluqlarının aradan qaldırılması məqsədilə kompleks fəaliyyət planı hazırlanacaq. Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihə əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcək.

    Eyni zamanda, 4SİM davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində süni intellekt texnologiyalarının enerji səmərəliliyində tətbiqi istiqamətində yerli tərəfdaşlarla birgə 40 praktik həll formalaşdırıb. Bu həllər Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi “Süni intellektin enerji paradoksu” adlı hesabatda əksini tapıb.

    2026-cı ilin yanvar ayında Davos Forumu çərçivəsində 4SİM 3 müxtəlif panel sessiyasında təmsil olunub. İlk dəfə Forum çərçivəsində 4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil edilib, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb.

    2026-cı ildə 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək.

    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr
    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr
    2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr
    #Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) #Fariz Cəfərov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

    2 İyun 2026 19:38

    Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayır - Mikayıl Cabbarov

    2 İyun 2026 19:25

    D-8 enerjiyə balanslı yanaşmağa çağırır

    1 İyun 2026 20:16

    Azərbaycan və Özbəkistan energetika nazirləri arasında görüş keçirilib

    1 İyun 2026 18:07

    Ukrayna və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər - Şmıqal

    1 İyun 2026 17:56

    4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

    24 Fevral 2026 11:09

    4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

    4 Fevral 2026 17:15

    4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    29 Yanvar 2026 16:10

    Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri ilə görüş keçirilib

    26 Yanvar 2026 14:36

    4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub

    21 Yanvar 2026 17:39

    4SİM-in təşkilatçılığı ilə keçirilən “Sənaye 4.0: Hakaton 2025” yekunlaşıb

    22 Dekabr 2025 17:19
    XƏBƏR LENTİ

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

    Qətər İran hücumlarını pisləyib

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    İran ABŞ-ın “Trampa sui-qəsd planı” iddiasını rədd edib

    Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.