2026 - cı ilin yanvar ayında Türkiyənin İskenderun limanı 5 milyon 345 min 87 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 149 min 923 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 195 min 164 ton yük daşınıb. 2026 - ci ilin yanvar ayında İskenderun limanından tranzit 223 min 225 ton yük aşırılıb.
İqtisadiyyat
Trabzon Böyükşəhər Bələdiyyəsinin nəznində fəaliyyət göstərən nəqliyyət şirkəti 4 milyon 600 min litr dizel yanacağının alınması üçün tender elan edib.
2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq, 23 milyon 148 min 62 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq, 2 milyard 286 milyon 486 min dollara bərabər olub.
2026-ci ilin yanvar ayında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalaraq, 14 milyon 511 min 28 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,9 faiz azalaraq, 2 milyon 635 min 12 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.
2026-ci ilin yanvar ayında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq, 7 milyon 300 min 65 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazilərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.
2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - dekabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2026-ci ilin yanvar ayında Türkiyədən Qırğızıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 537 min 15 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.
Bu ilin yanvar ayında Türkiyə limanlarından 1 milyon 258 min 531 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 485 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 203 min 46 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq 2 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.
2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.