Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Fitch 2025-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını verib

    19 Dekabr 2025 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fitch 2025-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır .

    AzerVoice bu barədə “Fitch”ə istinadən məlumat verir.

    Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək.

    “Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.

    Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı cari illik inflyasiyanın gözlənilən trayektoriyaya uyğun gəldiyini və müəyyən edilmiş hədəf diapazonu daxilində qaldığını bəyan edib.

    2025-ci ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9% təşkil edib. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-ərzaq məhsulları üzrə isə 2,5% olub. İllik baza inflyasiyası 5% təşkil edib.

    #inflyasiya #Fitch Ratings beynəlxalq reytinq agentliyi #Fitch Ratings beynəlxalq reytinq agentliyinin Azərbaycan proqnozu #Azərbaycan Mərkəzi Bankı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    1 Sentyabr 2026 18:24

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    ABŞ-da inflyasiya qorxusu istehlakçı inamını aşağı salıb

    14 Avqust 2026 20:25

    Qlobal neftin ucuzlaşması ABŞ-da yanacaq qiymətlərinə hələ təsir etməyib

    4 Avqust 2026 19:55

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    23 İyul 2026 22:03

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    15 İyul 2026 22:16

    BVF rəsmisi hökumətləri qiymət sabitliyini qorumağa çağırıb

    15 İyul 2026 18:44

    ABŞ İrana qarşı iqtisadi təzyiqi gücləndirə bilər

    15 İyul 2026 18:30

    İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

    2 İyul 2026 18:53

    Neftin ucuzlaşması qərar qəbul etmək üçün əlavə vaxt yaradır - Avropa Mərkəzi Bankının rəsmisi

    30 İyun 2026 21:19

    Prime Day ABŞ-da 26 milyardlıq alış dalğası yaratdı

    27 İyun 2026 22:15

    Tramp İrana qarşı razılaşma əldə etmək üçün təzyiq altındadır

    12 İyun 2026 19:34
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.