#Azərbaycan Mərkəzi Bankı

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək. Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.

Azərbaycan Mərkəzi Bankı (AMB) 22 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat olub. Avronun manata qarşı məzənnəsi 1,9957 manat, 1 türk lirəsi 0,0378 manat, 100 rus rublu isə 2,2716 manat təşkil edib.

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal kartlardan (o cümlədən statistik vahidin ödəniş kartları daxil olmaqla) istifadə ilə həyata keçirilən əməliyyatların sayı 61,9 min ədəd, həcmi isə 58,42 milyon manat təşkil edib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır . Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək. “Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.